Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTO - VİDEO

1news Redaksiyası14:10 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTO - VİDEO

Bakıda FIFA U-15 dünya çempionatı və festivalında iştirak edən Kanaki - Yeni Kaledoniya və Fransız Polineziyası (Maohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.

1news.az xəbər verir ki, Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər yarışlara yola düşən gənc futbolçuları salamlamaq üçün Atletlər Kəndinin qarşısına toplaşıblar.

Aksiya zamanı Sakit okean regionu xalqlarının həmrəyliyinə və gənc idmançıların öz xalqlarının nümayəndələri qismində beynəlxalq yarışlarda iştirakının əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Hövsan İdman Kompleksində keçirilir.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-nın üzvü olan assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində təxminən 1 000 oyun planlaşdırılıb.

Azərbaycan yığması bu gün saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki oyun Hövsan İdman Kompleksinin 10A meydançasında keçiriləcək.

Oktyabrın 26-da milli komanda saat 11:30-da İsrail, 18:15-də isə Haiti ilə oynayacaq. Hər iki görüş də 10A meydançasında baş tutacaq.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər