Bakıda və rayonlarda bir neçə gün yağış yağacaq – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda bir neçə gün yağış yağacaq – XƏBƏRDARLIQ

1news Redaksiyası14:44 - Bu gün
Bakıda və rayonlarda bir neçə gün yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər