“Sülh körpüsü” təşəbbüsünün nümayəndələri Ermənistan XİN rəhbərinin müavini ilə görüşüblər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sülh körpüsü” təşəbbüsünün nümayəndələri Ermənistan XİN rəhbərinin müavini ilə görüşüblər - FOTO - VİDEO

Qafar Ağayev14:43 - Bu gün
“Sülh körpüsü” təşəbbüsünün nümayəndələri Ermənistan XİN rəhbərinin müavini ilə görüşüblər - FOTO - VİDEO

2026-cı il noyabrın 27-də “Sülh körpüsü” təşəbbüsü qrupunun üzvləri Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüblər. 

1news.az xəbər verir ki, bu barədə "Sülh Körpüsü" dialoq platformasının məlumatında bildirilir.

Xatırladaq ki, artıq 5-cisi keçirilən “Sülh körpüsü” təşəbbüsü noyabrın 26-da Ermənistanda bu təşəbbüs çərçivəsində beşinci görüş başlayıb.

Tədbirdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.

Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, eləcə də Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunur.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər