ABŞ Azərbaycan sərhədlərinin müdafiəsinə 100 milyon dollar ayırır. Bu, nə üçün vacibdir? | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Azərbaycan sərhədlərinin müdafiəsinə 100 milyon dollar ayırır. Bu, nə üçün vacibdir?

13:06 - 19 / 07 / 2019
ABŞ Azərbaycan sərhədlərinin müdafiəsinə 100 milyon dollar ayırır. Bu, nə üçün vacibdir?

ABŞ Administrasiyası 2018-2019-cu illər üçün Azərbaycana təhlükəsizlik sahəsində maliyyə dotasiyalarının həcmini artıraraq 100 milyon dollara çatdırıb.

Azərbaycan 2018-ci ildə 58,6 milyon dollar, 2019-da isə 42,9 milyon dollar almalı idi. Lakin bu rəqəmlər 2016-2017-ci illərdə 3 milyon dolları ötmürdü.

Security Assistance Monitor” tərəfindən bu məlumatlara əsaslanan erməni əsilli amerikalı analitik Emil Sanamyan ABŞ-ın 907-ci düzəlişi pozmasından, həmçinin bu cür Amerika-Azərbaycan əməkdaşlığının nəticəsi olaraq Ermənistan üçün təhlükənin olmasından şübhələnir.

USC Dornsife saytında dərc olunan məqaləsində müəllif qeyd edir ki, əgər bu dəstək ABŞ-ın İrana təzyiqinin artması strategiyasının bir hissəsidirsə və Azərbaycan-İran sərhədinə diqqəti cəmləşdirirsə, deməli Ermənistana da birbaşa təsiri var.

Rəqəmləri nümunə gətirərək o yazır ki, ABŞ tərəfindən Ermənistanın maliyyə dəstəyi 2018-ci ildə 4,2 milyon dollar, 2019-cu ildə 2,8 milyon dollar, 2020-ci isə 2,1 milyon dollar planlaşdırılıb. Bu rəqəmlər Azərbaycanla müqayisədə 2016-cı ildən artıb.

ABŞ-ın Azərbaycana ayırdığı iri maliyyə dəstəyindən dolayı Ermənistan üçün təhlükənin mövcudluğunu vurğulayan Sanamyan Azərbaycan Sərhəd Xidmətinin büdcəsinin 2018-ci ildən 90 milyon dollar artırılaraq 2019-cu ildə 116 milyon dollara çatdığını, ötən ilin dekabrında Azərbaycan-Ermənistan sərhəd qoşunlarının Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə verilməsini də qeyd edir.

Onun fikrincə bu, Azərbaycanı sillahlı qüvvələrdən azad edərək Azərbaycan-Ermənistan qoşunların təmas xəttinin digər yerlərində istifadəsinə imkan verir.

Həmçinin Sanamyan əsassız olaraq təsdiq edir ki, Azərbaycanın Sərhəd Qoşunları 2016-cı ilin aprel döyüşlərində aparıcı rol oynayıb, lakin bu məlumat heç bir mənbədə öz təsdiqini tapmayıb.

Müəllif qeyd edir ki, əgər bu, Azərbaycan sərhədində təhlükəsizliyə dəstək deyilsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olmursa və Ermənistana qarşı hücum məsqədilə istifadə edilmirsə 907№-li akta düzəliş azadlığa dəstək olaraq Azərbaycan tərəfinə maddi yardımı qadağan edir.

ABŞ tərəfindən Azərbaycanın maliyyə dəstəyinin artırılması məsələsinin detallarınından xəbərdar olan azərbaycanlı deputat və politoloq Rasim Musabəyovun sözlərinə əsasən, bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqların pozulması təhlükəsi ilə, həmçinin Emil Sanamyanın təsəvvür etdiyi kimi Ermənistan-Azərbaycan hücum planları ilə heç bir əlaqəsi yoxdur.

Musabəyovun sözlərinə görə, maliyyə vəsaitinə “Caspian Guard” (“Xəzər keşikçisi”) təhlükəsizlik layihəsi çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstan da cəlb olunub. Layihə Bakı ilə Nursultanın (keçmiş Astana şəhərinin ) sərhədlərdə təhlükəsizliyin artırılmasına, terrorizm təhdidlərinin, həmçnini insan alveri, narkotik ticarəti kimi digər transmilli təhlükələrin qarşısını almağa istiqamətlənib.

“Amerikalılar Xəzərdə energetika layihələrinə külli miqdarda vəsait ayırıb və istəyirlər ki, Azəbaycan və Qazaxıstan bunların təhlükəsizliyini qoruya bilsin”, - o, deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Amerika tərəfi Azərbaycana cənub sərhədində heyətin hazırlanması, radar və tənzimləyiciləri quraşdırmağa kömək edib.

Həmçinin göyətrəsində radioaktiv və ya qadağan olunmuş kimyəvi əşyaların olmasını təyin edən gəmi də Azərbaycana təqdim edilib.

“Anlamaq lazımdır ki, “Caspian Guard” layihəsini ABŞ Azərbaycan və ya Qazaxıstana böyük məhəbbətindən dolayı etmir. Bunu öz milli maraqlarından – əhəmiyyətli enerji layihələrinin müdafiəsi və Rusiya və İrandan şübhəli yüklərin əraziyə keçməməsi üçün edir”, - Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bunu Azərbaycanın Müdafiə Nazirliyi deyil, Dövlət Sərhəd Xidməti alır, belə ki, layihənin məqsədi ölkənin – qurudan, havadan və dənizdən sərhədlərini təhlükəsizliyini təmin etməkdir:

“Azərbaycan üçün köməyin mənbəyi, onun həcmindən daha çox vacibdir. Belə ki, Azərbaycan hərbi büdcəsinə onsuz da yüksək məbləğdə vəsaitlər ayırır. Bu da “Caspian Guard” layihəsinin çərçivəsində Amerika hərbi köməyi çox da böyük deyil”.

Politiloq sözlərinə əlavə edib ki, Ermənistan ABŞ-dan böyük həcmdə hərbi ehtiyaclar üçün maliyyə dəstəyini obyektiv səbəblərə görə almır: Ermənistan KTMT-nin üzvü olduğu üçün onun İranla sərhədləri erməni sərhəd qoşunlarının deyil, Rusiyanın nəzarətindədir. ABŞ-la Ermənistan arasında hərbi əməkdaşlıq sadəcə birbaşa hərbi təyinat olmadan – yəni hərbi heyətin ingilis dili və digərlərinə öyrədilməsi üzrə istiqamətlənib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1885

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər