Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı

17:01 - 02 / 12 / 2020
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı

«Hazırda dünya COVID-19-un ikinci dalğasını daha ağır şəkildə yaşayır. Virusa yoluxma və ölüm hallarının statistikası həyəcan təbili çalır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyev dünyaya bu mesajı ünvanladı ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir».  

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

«Təcrübə mübadiləsi, səylərin birləşdirilməsi nəticəsində  bu virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə, ən əsası ölüm hallarının qarşısının alınmasına nail olmaq mümkündür. Təbii ki, əsas olan başlanğıc mərhələnin düzgün seçilməsi, özünütəcridi özünəqapanma ilə eyniləşdirməyərək birgə müzakirələr əsasında  çıxış yollarını axtarmaq idi.  Azərbaycanın ilk gündən  koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi. Bu proqnoz səsləndirildi ki,  Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxan ölkələr sırasında olacaq. Möhtərəm Prezidentimizin  təşəbbüsü ilə   Türk Şurasının,  Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi  BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi  təşəbbüsünü irəli sürməsi, bir-birinə əks qütbləri pandemiyaya qarşı mübarizə əsasında bir araya gətirməsi,  30-dan artıq ölkəyə humanitar yardım göstərməsi və sair kimi addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və roluna yeni dividendlər qazandırdı».

V.Rəhimzadə qeyd edib ki,   Türk Şurasının Zirvə Görüşündə cənab  İlham Əliyev  pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında  çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduğumuzu diqqətə çatdırdı.  Belə bir təhlükənin hər bir ölkənin qapısını döydüyü  şəraitdə dövlətimizin başçısının ölkəmizlə yanaşı, digər dövlətlərin də vəziyyətini düşünərək  nümunəvi addım atması, birlik, həmrəylik çağırışını etməsi Zirvə Görüşündə  yüksək dəyərləndirildi. Bir daha vurğulandı ki,  pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür. Türk dünyasını bir araya gətirən cənab İlham Əliyev 120 ölkənin təmsil olunduğu  Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Hər bir tədbir aparılan müzakirələrlə yanaşı, sonda qəbul  olunan qərarlarla, Birgə Bəyannamə ilə diqqət çəkir.» 

Baş redaktor qeyd edib ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə  başlandığı vaxtdan  dövlətimizin başçısı İlham Əliyev ölkə daxilində  «Biz birlikdə güclüyük!» çağırışını irəli sürərək, hər kəsi bu amal ətrafında birləşməyə,  səfərbər olmağa çağırdı: «Bu çağırış eyni zamanda, hər birimizin üzərinə bu məsuliyyəti qoydu ki,  yeni qaydalarla yaşamağı öyrənməliyik. Bu qaydalar şəxsi gigiyenaya riayət etmək, tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə, sosial məsafənin gözlənilməsi, ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaqdır.»

V.Rəhimzadə bildirib ki, bir neçə ay bundan əvvəl COVID-19-un yenidən  aktivləşəcəyi barədə  səslənən proqnozlar artıq öz  təsdiqini tapır: «Artıq payız aylarından başlayaraq virusa yoluxanların sayında  kəskin artım qeydə alınıb. Çox qorxunc proqnozlar səslənməkdədir.  Belə bir vaxtda  «COVID-19-la mübarizədə   birlikdəyik!» çağırışına uyğun olaraq  BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi  təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin  bu təşəbbüsü həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. Cənab  İlham Əliyev bu  təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. Məlum olduğu kimi,  2020-ci ilin iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlamışdır. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər barədə  qərarlar verilmişdir. Müzakirələrin sonunda “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi Sessiyası” ilə bağlı qətnamə qəbul edilmişdir ki, bu sənədə əsasən  BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası 3-4 dekabr tarixlərində keçiriləcək.»

Baş redaktor bildirib ki, diqqət çəkən məqam işğalçı Ermənistanın  hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməməsidir:  «Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxmışdır. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxmış və təşəbbüsü dəstəkləməmişdir. Amma işğalçı dövlət unudur ki, koronavirusun ən ağır fəsadlarını bu ölkə yaşayır. Hakimiyyətin mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı heç bir təcrübəsinin olmaması işğalçı ölkədə yoluxma ilə yanaşı, ölüm hallarının da pik həddə çatmasına səbəb olub. İşğalçı dövlətin  “yeni ərazilər uğrunda müharibə planı”nı həyata keçirmək üçün cəbhə xəttində təxribatlara cəhd etməsi də daxildəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyırdı.»

«Günümüzün reallığı budur ki, COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır» söyləyən Vüqar Rəhimzadə bildirib ki,  BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın tapılmasında əsas rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var.  Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və inanırıq ki, bu müzakirələr nəticəsində dünyanı pandemiya bəlasından xilas edə biləcək önəmli qərarlar veriləcək.

1news.az

Paylaş:
400

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər