Azərbaycanda karantində toy olub: Polis qonaqları cərimələyib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda karantində toy olub: Polis qonaqları cərimələyib – FOTO – VİDEO

11:11 - 26 / 06 / 2020
Azərbaycanda karantində toy olub: Polis qonaqları cərimələyib – FOTO – VİDEO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə onların hər biri 100 manat miqdarında cərimə ediliblər.

S.Xankişiyeva

 

 

Paylaş:
1107

Son xəbərlər

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05
Bütün xəbərlər