Azərbaycanın Küveytdəki səfiri: Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Küveytdəki səfiri: Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil

14:45 - 11 / 08 / 2020
Azərbaycanın Küveytdəki səfiri: Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil

“İlk öncə qeyd etmək istəyirəm ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan sərhəd qoşunlarının mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma keçməyə cəhd göstərmişdir”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman  Ermənistanın Küveytdəki səfirinin həmin qəzetin 6 avqust tarixli buraxılışındakı müsahibəsinə cavab olaraq bildirib:

“Tovuz istiqaməti Azərbaycanın beynəlxalq və regional iqtisadi layihələrinin - Bakı-Tbilisi-Ceyhan, Trans Anadolu Boru Kəməri (TANAP), Trans Adriatik Boru Kəməri (TAP) neft və qaz kəmərlərinin, Asiyadakı məhsulların Avropaya çatdırılması məqsədini daşıyan Bakı-Tbilisi-Qars (BTQ) Dəmir yolu və İpək yolunun yaxınlığından keçdiyi strateji bölgədir. Ermənistan müdafiə nazirliyi isə dəfələrlə bu strateji bölgədən keçən neft və qaz boru kəmərlərini, dəmir yolunu, bununla yanaşı Mingəçevir Su Anbarını vuracaqları ilə hədələmişdir. Azərbaycan bu boru kəmərləri vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və  ölkəmizin həmin ərazilərə yaxın Ermənistanla sərhəd yerlərdə hücuma keçməsinin heç bir məntiqi əsası yoxdur.

Həmçinin qeyd etmək istəyirəm ki, 12 iyul tarixində toqquşmalar baş verən zaman dərhal Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və bu cəhdin cavabsız qalması üzv olduğu təşkilatın belə rəsmi Yerevanın dediklərinə inanmadığını göstərir. Azərbaycan Ordusu erməni hücumlarının qarşısını qətiyyətlə alıb və cavab atəşi ilə düşməni susdurub".

Səfir bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsində xaricidən gətirilən muzdluların Azərbaycan tərəfindən vuruşduqları xəbəri heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır və ermənistan tərəfinin absurd yalanlarıdır.

“Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur. Qeyd etmək istərdim ki, Azərbaycan əhalisinin sayı 10 milyon, ermənistan əhalisinin sayı isə 3 milyondur və Azərbaycanın sırf hərbi büdcəsi də ermənistanın respublikasının bütün büdcəsindən üstündür.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.

E.Qəhrəmanın sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan Respublikası böyük kompromisə gedərək dəflərlə işğalçı ermənistanla sülh danışıqları aparır.

“Halbuki, yeni tarixdə əraziləri işğal olunan heç bir dövlət işğalçı dövlətlə sülh danışıqları masasına oturmur. Lakin təəssüflər olsun ki, buna baxmayaraq, Azərbaycanın 20 % torpaqları hələ də işğal altında qalır.  Azərbaycan Respublikası BMT nizamnaməsinin 51-ci maddəsinin ona verdiyi özünümüdafiə hüququnu özündə saxlayır və aparılan sülh danışıqları gözlənilən nəticəni verməzsə bu hüququndan istifadə edərək, sonda öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Azərbaycan Respublikası ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına bu günə kimi sadiq qalmışdır. 1994-cü ildən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların heç bir nəticə verməməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq qanunlara istinadən bildirmişdir ki, Azərbaycan xalqının səbri sonsuz deyildir.

Misal kimi bildirirəm ki, Küveyt Dövlətinin 1990-cı ildə işğala məruz qalması bizi problemlərimizi  yaxından hiss etməyə kömək edir. O zaman Küveyt Dövləti işğalçı dövlətlə heç bir masa arxasında sülh danışıqlarına oturmadı. Beynəlxalq birlik az bir müddət ərzində BMT qətnaməsi əsasında koalisiya təşkil edərək Küveyti işğaldan azad etdi”.

Səfir deyib ki, 2016-cı ilin aprel ayında, eyni zamanda 2020-ci ildə də ermənistan silahlı qüvvələri tərəfindən baş vermiş təxribatlar tərəfindən istər işğal altında olan Azərbaycan əraziləri ilə təmas xəttindəki mülki əhalinin sıx yaşadığı kəndlərimiz, istərsə də ermənistanla sərhəd zonasındakı kəndlərimizin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində 100-lərlə vətəndaşımızın evləri darmadağın edilmiş, 10-larla vətəndaşımız ağır yaralanmış və şəhid olub.

“Buna sübut kimi, 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Azərbaycanın Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz izzət oğlu həlak olmuşdur. Ermənistan tərəfi bundan öncə də mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla mülki şəxslərin hədəfə çevrilməsi, 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.        

Ermənistanda faşizmin, nasizmin, terrorizmin və ümumiyyətlə radikal hərəkətlərin qəhrəmanlaşdırılması siyasi mədəniyyətə çevrilib. Faşist Almaniyasının SS birləşmələrinin generalı – “Türk xalqının qanına susamış, "bir gün belə türklərə qarşı mübarizəsiz keçməməlidir” şüarının müəllifi “Njde” ləqəbli Qaregin Ter-Arutyunyanın heykəlinin Ermənistanın paytaxtı Yerevanın mərkəzində və digər bölgələrində qoyulması da faşizmə olan rəğbətin bariz nümunəsidir. Məlumdur ki, Q.Nijde ikinci dünya müharibəsi illərində erməniləri faşistlərlə əməkdaşlığa cəlb edib”.

Diplomat qeyd edib ki, BMT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların tələblərini yerinə yetirməyən, 1994-cü ildə iki ölkə arasında bağlanmış atəşkəs rejimini mütəmadi şəkildə pozan, 1992-ci ildə Xocalı soyqırımını törədən Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil.

“Həmin qətnamələrdə işğalçı tərəf ilə işğala məruz qalmış tərəflərin adları açıq-aşkar çəkilir və Azərbaycan tərəfi heç bir zaman qonşu dövlətlərə ərazi iddiası ilə çıxış etməmişdir.

“Dağlıq Qarabağ Respublikası” məsələsi ilə əlaqədar bildirmək istəyirəm ki, əgər bu, “müstəqil respublikadırsa”, beynəlxalq ictimaiyyət və ya hər hansı bir dövlət, yaxud da Ermənistan tərəfindən belə bir “müstəqil respublika” tanınıbmı?! Xeyr, bu mümkün deyil və ola da bilməz! Ermənistan da daxil olmaqla heç bir dövlət qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və tanıya da bilməz”.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında “əgər Ermənistanın özü belə bir “respublikanı” tanımağa qalxsa, bunun cavabını görəcəkdir...” deyə bildirib. Çünki qondarma “respublika” adlandırılan Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, onun ayrılmaz bir hissəsi kimi tanıyır”.

Məqaləni əsli ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.

http://al-seyassah.com/%d8%b3%d9%81%d9%8a%d8%b1-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a7%d9%84%d9%82%d9%88%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a3%d8%b1%d9%85%d9%8a%d9%86%d9%8a%d8%a9-%d8%a7%d9%86%d8%aa%d9%87%d9%83/

1news.az

Paylaş:
737

Son xəbərlər

Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər