Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub - YENİLƏNİB

16:15 - Bu gün
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub - YENİLƏNİB

Bu gün saat 07:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

13:44

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər