Bestcomp Group CİSCO korporasiyasının birinci səviyyəli tərəfdaşı oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bestcomp Group CİSCO korporasiyasının birinci səviyyəli tərəfdaşı oldu

12:00 - 25 / 09 / 2020
Bestcomp Group CİSCO korporasiyasının birinci səviyyəli tərəfdaşı oldu

Bestcomp Group şirkəti və CİSCO korporasiyası arasında  birbaşa əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Bestcomp Group CİSCO üçün Tier 1, yəni birinci səviyyəli tərəfdaşa çevrilir. Bestcomp Group Azərbaycanda CİSCO ilə bu səviyyədə əməkdaşlıq müqaviləsi olan yeganə şirkətdir.

Şirkətin baş direktoru Fərid Həsənov bildirmişdir: “Bu hadisə bizim üçün çox sevindiricidir və Azərbaycan şirkətinin böyük uğurudur. Son illərdə şirkətimiz Data Mərkəz, informasiya təhlükəsizliyi və telekommunikasiya həllərinin layihələndirilməsi və tətbiqi üzrə böyük uğurlara imza atmışdır. Şirkətimiz informasiya təhlükəsizliyi sahəsində MDB məkanında “Cisco Master Security Specialization” statusu olan 3 şirkətdən biridir. Bestcomp Group 2019-cu ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş, dünyanın çox sayda ölkəsindən 4 mindən çox iştirakçının qatıldığı “Cisco Partner Summit” tədbirində “Azerbaijan Enterprise Partner of the Year” mükafatı ilə təltif edilmişdi. Bildirmək istəyirəm ki, bizim 2020-ci ildə CİSCO ilə əməkdaşlıq göstəricilərimiz daha da sevindiricidir və biz bu sahədə Azərbaycan bazarında öz lider statusumuzu daha da möhkəmləndirmişik. Bestcomp Groupda CİSCO təhlükəsizliyi sahəsində, çox sayda CCIE, CCNP, CCDA, CCNA, ASAAM, layihələrin idarə edilməsi üzrə PRINCE 2, ümumiyyətlə, dünyanın aparıcı İT şirkətlərinin 500-dən çox sertifikatını almış yüksək səviyyəli mütəxəssislər çalışır. Məhz bizim hörmətli sifarişçilərimizin və yüksək səviyyəli mütəxəssislərimizin hesabına biz bu nailiyyətləri əldə etmişik”.  

CİSCO şirkətinin MDB ölkələrində tərəfdaşlarla iş üzrə meneceri Sergey Kravçuk Bestcomp Group şirkətinin son nailiyyətləri ilə bağlı təbriklərini bölüşərkən bildirmişdir ki, Bestcomp Group çox layiqli və ciddi işlər həyata keçirir, ilk növbədə “Cisco Master Security Specialization” statusu Bestcomp Group üçün bazarda fərqləndirmə nöqtəsidir, CİSCO təhlükəsizliyi üzrə yüksək səviyyəli səriştəyə malik olduğunuzu sübut edir və biz bunu çox yüksək qiymətləndiririk.

Bestcomp Group xarici bazarlarda aktiv çalışan Azərbaycanın aparıcı İT şirkətidir. Yeni nailiyyət Bestcomp Group şirkətinə MDB və Asiya ölkələrində CİSCO texnologiyalarının tətbiqi ilə Data Mərkəz, telekommunikasiya həllərinin, kiber təhlükəsizlik sahəsində mürəkkəb layihələrin auditini, planlaşdırmasını, hazırlanmasını, optimallaşdırılmasını, tətbiq edilməsini, dəstəyini həyata keçirmək qapılarını açır.

Reklam hüququnda

Paylaş:
499

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər