Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu

First News Media10:17 - Bu gün
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Əliyev Elmar Mövsüm oğlu dron zərbəsindən həlak olub.

1news.az  Report-a istinadən xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər