“Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir” – Prezidentə yazırlar

17:02 - 29 / 06 / 2020
“Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Mütəllim Mütəllimzadədən, Naxçıvan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünya ölkələrini təşvişə salan, dövlətləri müflisləşmə həddinə qədər gətirib çıxaran COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi fəsadların qarşısınının böyük ölçüdə alınması Sizin uzaqgörənliyinizin, yüksək idarəçilik qabiliyyətinizin, yeritdiyiniz düzgün siyasətin nəticəsidir. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Bu hadisələrin baş verdiyi dövrdə xalqımızın rifahı naminə görülən tədbirlər, atılan addımlar xalqımız tərəfindən yüksək qiymətləndirildi. Ümummilli lideri Heydər Əliyev kimi, Siz də Azərbaycan xalqını təhlükəli vəziyyətlərdən qəhrəmancasına xilas edirsiniz.

Koronavirusa yoluxmanın aşkar olunduğu ilk vaxtdan etibarən xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız xalqa verdiyiniz dəyərin təzahürüdür. Eyni zamanda, karantin qaydalarına xalqımızın mütləq əksəriyyətinin əməl etməsi xalqın dövlətə bağlılığının göstərisidir. Xalqımızın bu çətin sınaqdan xilas olunması üçün gördüyünüz tədbirlərə görə Sizə öz adımdan, ailəmin adından təşəkkür edirəm, cənab Prezident.

Əzəli torpaqlarımızın qaytarılması uğrunda apardığınız mübarizədə Sizin siyasətinizi hər zaman dəstəkləyir, dövlətimiz, dövlətçiliyimiz, xalqımız uğrunda hər bir tapşırığa hazır olduğumu bildirirəm”.

Etibar Əhmədovdan, Tərtər, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin koronavirus pandemiyasının qarşısının alınması üçün atdığınız qabaqlayıcı addımlar tam əminliklə deməyə əsas verir ki, bu bəladan az itkilərlə çıxacağıq.

Cənab Prezident, bizim sağlamlığımızın qeydinə qaldığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Belə bir çətin vaxtda rayonumuza səfər etdiniz, möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Rəmzləri Muzeyinin, Tərtər Elektrik Yarımstansiyasının, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolunun açılışlarını etdiniz. Biz tərtərlilər haqqında dediyiniz “Mən aprel döyüşlərindən sonra burada olarkən tərtərlilərin mərdliyini bir daha gördüm. Gördüm ki, onlar öz torpağından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpaqlarında möhkəm dayanıblar” sözləri bizim vətəndaş məsuliyyətimizi, vətənpərvərliyimizi daha da artırıb.

Cənab Prezident, Tərtər rayonu, onun sakinləri haqqında dediyiniz xoş sözlərə, insanlarımıza verdiyiniz yüksək dəyərə görə Sizə minnətdarıq. Tərtərlilər Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər, Vətənimizə və Sizə sadiqdirlər”.

Nurəddin Abdullayevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən 1979-cu ildə hemofıliya xəstəliyi ilə dünyaya gəlmişəm. Bu xəstəlik səbəbindən çox ağrı-acılarım olub. Nəticədə 1-ci qrup əlil olmuşam. 2004-cü ildən ailəliyəm, iki övladım var. Bu məktubu Sizə yazmaqda məqsədim dərin minnətdarlıq hissimi bildirməkdir. Mən hər zaman ən çətin anımda dövlətin qayğısını hiss etmişəm. Bunun üçün Sizə və Mehriban xanıma borcluyam. Bu gün istər hemofiliya sahəsində, istərsə də sosial rifahımız üçün imzalanan bir çox Sərəncamların bizim həyatımıza təsirini duyuruq.

Cənab Prezident, 20 ildən çoxdur ki, reabilitasiya məmulatlarından istifadə edirəm. Hazırkı pandemiya dövründə Protez-Ortopedik Bərpa Mərkəzində zənglərə operativ cavab verilməsi, elektron qaydada sənədlərin qəbulu, ünvanlarda xidmətlərin göstərilməsi, reablitasiya vasitələrinin yaşayış ünvanlarına gətirilməsi həyata keçirilir. Bu bizə olan diqqət və qayğının təzahürüdür.

Bütün bunlar üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir. Çox sağ olun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
716

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər