“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

16:08 - 05 / 06 / 2020
“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Nərmin İsmayılovadan, Birminhem, Böyük Britaniya

“Hörmətli cənab Prezident.

Mən, İsmayılova Nərmin İngiltərənin Birminhem Universitetində doktorantura təhsili alıram. Bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar İngiltərədə də karantin rejimi elan edildi və bu rejim hələ də davam edir. Karantin rejiminə görə iş yerlərinin bağlanması xaricdə oxuyan və eyni zamanda işləyən tələbələrin həyatında maddi cəhətdən çətinlik yaratdı. Eyni problemi tələbə olaraq mən də yaşadım.

Maddi vəziyyətimə görə ölkəmizin İngiltərədəki səfirliyinə müraciət etdim. Səfirliyin əməkdaşları vəziyyətimdən xəbər tutan gündən mənimlə mütəmadi əlaqə saxlayır, maarifləndirici tövsiyələr verərək mənə maddi və mənəvi dəstək olurlar. Hər zaman dövlətimizin köməyini hiss etmişəm və buna görə də hörmətli Prezident, dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm”.

Xuraman Tağıyevadan, Bakı, Azərbaycan

“Zati- aliləri, möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilib. Sizin xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz işlər, verdiyiniz qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığınız 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək tədbirləri hər bir vətəndaş kimi, məni də çox sevindirir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində baş verir.

İşləməyən şəxslərə birdəfəlik 190 manat verilməsi bütün xalqın sevincinə səbəb oldu. Mən də aprel və may aylarında bu yardımdan yararlandım.

Bir ana kimi Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik, cənab Prezident”.

Məmmədqasım Bayramovdan, Tovuz, Azərbaycan

“Əziz Prezidentimiz.

Sizin uzaqgörənliyiniz sayənizdə koronavirus pandemiyasının birinci mərhələsində az itkiyə və az yoluxmaya nail olduq. Bu çətin vəziyyətdə tibb işçilərimiz Sizin də dəstəyinizlə və qayğınızla öz işlərini canla-başla yerinə yetirdilər. Siz bu pandemiya dövründə hər bir azərbaycanlının yanında oldunuz. İmkanı olmayan ailələr, işə gedə bilməyən vətəndaşlar 190 manat ödəmə və ərzaq ilə təmin edildilər.

Siz həmişə biz pensiyaçıların da qeydinə qalırsınız. Mən şəxsəm öz adımdan və yaşadığım kəndin sakinləri adından Sizə ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun ki, hər zaman xalqımızla birlikdəsiniz”.

Bəylər Əzimovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün müstəqil respublikamızın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin fenomeniniz sayəsində mümkün olub. Gənclərimizin sosiallaşması və cəmiyyətə düzgün inteqrasiyası üçün Sizin dəstəyinizlə davamlı olaraq xüsusi addımlar atılır. İmzaladığınız sərəncamlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Son aylarda dövlət strukturlarının modernləşdirilməsinə və yeni islahatlara xüsusi diqqət ayırırsınız. Rəhbər vəzifələrə gənc və bacarıqlı mütəxəssislərin, eləcə də müasir dünyagörüşünə malik kadrların təyin olunması bizi ruhlandırır. İnanırıq ki, seçib qiymətləndirdiyiniz, irəli çəkib vəzifələrə təyin etdiyiniz gənclər Sizin və xalqımızın etimadını doğruldacaq və öz vəzifələrini layiqincə yerinə yetirəcəklər.

Gənclərimizin Yeni Azərbaycan Partiyasına inamı ulu öndərimiz Heydər Əliyevin apardığı siyasətdən və Sizin bu siyasəti uğurla davam etdirməyinizdən qaynaqlanır. Azərbaycanda yeni demokratik eranın başlanğıcı vətəndaşlarımızda Sizə və dövlətimizə olan inam və etibar hissini daha da möhkəmləndirir.

Cənab Prezident, ölkə gəncləri adından Sizə bir daha dərin təşəkkürümüzü bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Mahir Kazımovdan, Şəmkir, Azərbaycan

“Çox hörmətli Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin dövlətçilik təcrübəsindən yararlanan dövlət başçısınız. Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, vətəndaşların sosial rifahı yaxşılaşıb. Siz xalqımızı koronavirusdan qoruyursunuz, çalışırsınız ki, Azərbaycan xalqı sağlam və xoşbəxt yaşasın. Bütün bunlara görə də Azərbaycan xalqı daim Sizinlədir.

Cənab Prezident, mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun.

Sonda kiçik bir şer parçasını ali diqqətinizə təqdim edirəm.

Azərbaycan, bəxtəvərsən, sənin Ulu Öndərin var.

Heydər kimi şəxsiyyətin, İlham kimi övladın var.

Yaşat bizi Prezidentim, biz Sizinlə fəxr edirik,

Gündən-günə yüksələrək, irəliyə doğru gedirik.

Azərbaycan - Azərbaycan, Odlar Yurdu!

Keşiyində dayağın var, igidlərin, əsgərin var.

Üçrəngli bayrağın var, zirvələrdə dalğalanan,

Biz Sizinlə fəxr edirik, yaşa Ali Baş Komandan!

Yumruq olaq biz birləşək, duraq Vətən keşiyində.

Sanki Ana əzizləsin körpəsini beşiyində,

İlham kimi oğlun vardır Azərbaycan,

Yaşa Sizi dahi rəhbər, Ali Baş Komandan!”

S.Xankişiyeva

 

 

 

Paylaş:
885

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər