“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

16:55 - 09 / 06 / 2020
“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Sehran Şükürov, Şükürov Sehran, Rzayev Ceyhun, Bağırov Səxavət, Abdullazadə Azər, Cəfərov Ceyhun, Lənkəran, Azərbaycan

“Əziz Prezidentimiz.

Sizin Lənkərana göstərdiyiniz doğma münasibətiniz biz sakinlərə hədsiz qürur verir. Fəxr edirik ki, Sizin kimi müdrik, qayğıkeş dövlət başçımız var. Sizin tapşırıqlarınıza uyğun olaraq, şəhərimizin küçələrində asfaltlama işləri aparılır. Bizim yaşadığımız Füzuli, Kələntərlilər, Vaqif Nağıyev küçələri də asfaltlanıb və abadlaşdırılıb. Sizin qayğınız sayəsində indi Lənkəran şəhərinin hər tərəfi səliqəli, təmiz görünür.

Cənab Prezident, bu işlər, bu qayğı könlümüzü açır, belə bir vaxtda bizə ruh verir. Biz Sizdən çox razıyıq. Allah Sizdən razı olsun”.

Səbuhi Atakişiyevdən, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu.

Cənab Prezident, bu həssas dönəmdə xalqla həmrəy olduğunuza, ən başlıcası isə Ağcabədi rayonuna yeddinci dəfə səfər etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Rayonumuzda "ASAN xidmət" mərkəzinin açılışında könüllülər qarşısında məzmunlu çıxışınızı yüksək dəyərləndiririk. Biz gənclər hesab edirik ki, Sizin Qarabağ torpaqlarına hər gəlişiniz bizi işğal edilmiş ərazilərimizin geri qaytarılmasına səsləyir.

Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Biz Sizə inanır, güvənir və arxalanırıq. Tanrı Sizi qorusun”.

Elşən Əlizadədən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğur əldə edib, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutub, iqtisadi, siyasi sferalarda, xüsusilə də sosial sahədə mühüm nailiyyətlər əldə edilib, iqtisadi çətinliklərin öhdəsindən mətinliklə gəlib. Bu gün COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənir və dəstəkləyirik.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə əldə edilən nailiyyətlər göz önündədir. Biz xalq olaraq keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaosu, özbaşınalığı indi tərəqqi, yüksək rifah əvəzləyib. Bunu xarici ölkələrin dövlət və ictimai xadimləri dəfələrlə qeyd edib, nüfuzlu beynəlxalq təşkilatların hesabatları göstərib. Azərbaycanda hökm sürən iqtisadi sabitlik, əmin-amanlıq, dini, milli-mənəvi dəyərlərə göstərilən qayğı nəticəsində möhkəmlənən tolerant mühit digər dövlətlərə nümunədir. Müstəqil Azərbaycan dövlətinin siyasətini, buradakı əmin-amanlığı bəyənməyən, düşmən dəyirmanına su tökən, onların və Azərbaycanda böhran, tənəzzül, qarşıdurma yaratmağa çalışan qüvvələrin maliyyə resurslarından bəhrələnən bu ünsürlər ən böyük nifrətə layiqdirlər”.

S.Xankişiyeva

Paylaş:
767

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər