“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

10:15 - 09 / 06 / 2020
“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Extiyar Əzizovdan, Bakı, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

COVID-19-un dünyanı cənginə aldığı bir vaxtda Sizin iti zəkanız, uzaqgörən siyasətiniz sayəsində görülən qabaqlayıcı tədbirlər nəticəsində bu qorxulu bəlanın ölkəmizdə geniş yayılmasının qarşısı vaxtında alındı. Əks təqdirdə, bu bəlanın fəsadları daha böyük olardı.

Bu çətin və ağır günlərdə Siz birinci xanım Mehriban Əliyeva və bütün ailə üzvləriniz ilə birlikdə böyük fədakarlıq, hünər göstərərək xalqınıza arxa, dayaq oldunuz. Xalqın sağlamlığını iqtisadiyyatından üstün tutmağınız, aztəminatlı ailələrə göstərdiyiniz maddi və mənəvi dəstək Sizin xalqa olan dərin məhəbbətinizin təzahürüdür. Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndirir və Sizi dəstəkləyirəm. Gördüyünüz işlərə görə şəxsən öz adımdan, həmçinin çalışdığım Bakı abadlıq şirkətinin bağbanları adından Sizə təşəkkür edir, cansağlığı arzulayıram

Qoy, Ulu Tanrı Sizləri qorusun.

Ürəyimdən gələn sözləri bu serlə ifadə etmək istəyirəm.

Min yaşa

Tarixin bətnindən gəldi haqq səsin,

Xalq, Vətən yolunda canını qoydun.

Tanıtdın dünyaya odlar ölkəsin,

Xalqına layiqli bir rəhbər oldun.

Namərdin önündə karıxmamısan.

Sözünü güllətək boşaltmısan sən.

Haqsızı yaxına buraxmamısan,

Elə bil, anasın ağlatmısan sən.

Arzu istəklərin gerçəkləşibdir,

Gördüyün işlərin göz önündədir.

Sayəndə ölkəmiz gözəlləşibdi,

Mərdliyin, toxluğun soykökündədir.

Amalın Öndərin yolunu tutdu,

O yol sülh yoludur, uğurla dolu.

Xalq qəmi, kədəri, dərdi unutdu,

Min yaşa Vətənimin fədakar oğlu!”

Mələk Əkpərzadədən, Şirvan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünyanın ən təhlükəli bəlasına çevrilmiş koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizənin dövlətimizi və xalqımızı bu dəhşətli xəstəliyin ağır sınağından çıxaracağına uğurla inanırıq. Sizin düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində Azərbaycan çox uğurlar əldə edib və çətinliklərə sinə gərib. Pandemiyanın ilkin mərhələsində verdiyiniz hər bir qərar, həyata keçirdiyiniz bütün tədbirlər qısa bir zamanda öz müsbət nəticəsini göstərdi. Bu gün yoluxma hallarının çox olmasına baxmayaraq, əminik ki, həyata keçirilən tədbirlər nəticəsində bu bəladan tamamilə qurtulmaq mümkün olacaqdır. Siz ən ağır günlərdə xalqı düşünməklə, onun yanında olmaqla əsl lider kimi öz müqəddəs missiyanızı bir daha yerinə yetirdiniz. Biz Sizə həmişə inanmışıq və indi də inanırıq.

Möhtərəm Prezident, ölkəmizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə atdığınız hər bir addımda Sizə uğurlar arzulayıram. Siz xalqa arxalandığınız kimi, xalqımız da hər zaman Sizə arxalanır”.

Sabah Mustafayevadan, Göyçay, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən 30 ilə yaxındır ki, erməni işğalı nəticəsində öz elimdən, obamdan köçkün düşərək Göyçayda məskunlaşmışam. 2019-cu ildə Sizin göstərişinizlə Göyçay şəhərində məcburi köçkün və qaçqın ailələri üçün yaşayış binası tikilmişdir. Mən də həmin binada mənzillə təmin olunmağım üçün müraciət etmişdim. Müraciətimə baxıldıqdan sonra mənə çox sevindirici xəbər çatdırdılar. Mənə də o binadan mənzil verildi.

Hörmətli cənab Prezident, bu ahıl yaşımda mənə belə sevinc bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin və Mehriban xanımın qayğıkeşliyinizə və humanistliyinizə görə bir ana kimi Sizi alnınızdan öpürəm”.

Elnarə Rəşidovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. Amma Sizin dəstəyinizlə görülən işlər sayəsində ölkəmiz digər ölkələrlə müqayisədə az itki verdi. Siz COVID-19 pandemiyası dövründə böyük fədakarlıq göstərərək, insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayılmasının ilk günündən başlayaraq vətəndaşların yanındasınınz, onlara kömək göstərirsiniz.

Cənab Prezident, bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var. Azərbaycan xalqı Sizi daim dəstəkləyir. Allah Sizi və xalqımızı qorusun”.

Sabir və Rahilə İbrahimovlardan, Şəmkir, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Bəşəriyyəti cənginə almış qorxunc pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin əsl vətəndaşlıq nümunəsi göstərərək xalqın yanında olmağınız bizləri qürurlandırır.

Əhalinin sağlamlığının qorunmasının ön plana çəkilməsi, Sizin uzaqgörən siyasətinizlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bu pandemiyadan daha az itkilərlə çıxmağımıza zəmin yaradıb.

Möhtərəm cənab Prezident, Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı bir ailənin iki həkim üzvü olaraq alqışlayır və xalqımızın sağlamlığı naminə verdiyiniz tapşırıqları səngərdəki bir əsgər kimi hər zaman sevə-sevə yerinə yetirəcəyimizə söz veririk.

Siz, həqiqətən, vətəndaşı onun özündən daha çox düşünürsünüz.

Əziz və qayğıkeş Prezidentimiz, Şəmkir sakinləri də Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə hər zaman dəstək olacaqlar. Biz fəxr edirik, qürur hissi keçiririk ki, Sizin kimi Prezidentimiz var. Uca Tanrı Sizi qorusun”.

S.Xankişiyeva

Paylaş:
842

Son xəbərlər

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19
Bütün xəbərlər