“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

14:52 - 08 / 06 / 2020
“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

İqbal Əkbərov və Dünyamalı Ağababayevdən, Cəlilabad, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib, beynəlxalq aləmdə özünə layiqli yer tutub.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafina göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonunun timsalında bir daha görürük.

Bizim məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Möhübbət Alışov, Babayev Ramin, Muradov Məhəmməd, Balayev Baladin, Mehdiyev Rafəddin,  Hüseynov Tahir, Qasımov Əliqismət, Cəlilabad, Azərbaycan

“Əziz və hörmətli cənab Prezident.

Bu gün dünyada, o cümlədən qonşuluğumuzdakı ölkələrdə tüğyan edən iqtisadi-siyasi problemlərin təsirindən Azərbaycanı və xalqımızı qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Biz bölgələrdə və kəndlərdə yaşayan vətəndaşlar olaraq Sizə daim güvənirik. Koronavirus pandemiyası bəlasının tüğyan etdiyi bir dövrdə verdiyiniz uzaqgörən qərarlarla bizi bu bəlalardan minimum itkilərlə xilas etməkdəsiniz.

Cənab Prezident, becərdiyimiz məhsulları xarici bazarlara göndərilməsini təşkil etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Nizami Abdullayevdən, Moskva, Rusiya

“Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayıram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğını görmək, hiss etmək əlbəttə ki, qürurvericidir.

Əziz Prezidentimiz, bizi darda qoymadığınız üçün ailəmin adından Sizə təşəkkür edirəm. Bizim ailə fəxr edir ki, doğma Azərbaycanımızın Prezidenti məhz Sizsiniz. Allah Sizdən razı olsun”.

Nurlanə Əhmədli və İlhamə Əsədovadan, Qazax, Azərbaycan

“Möhtərəm Prezident.

Bütün dünyaya yayılan koronavirusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin ilkin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu mənzərə hamını yenidən narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısının alınması üçün növbəti tədbirlər həyata keçiriləcək.

Hörmətli cənab Prezident, məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdəfəlik aradan qaldırılacağına inanırıq. Gördüyünüz işlər üçün Sizə təşəkkür edir, daxili və xarici siyasətinizdə növbəti uğurlar arzulayırıq”.

Söhbət Tağıyevdən, Gədəbəy, Azərbaycan

“Cənab Prezident.

Gədəbəy rayonunun Əyrivəng kəndi düşmənlə sərhəddə yerləşən kəndlərimizdən biridir. Bu gün Əyrivəng kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur.

Respublikamızda, o cümlədən Gədəbəyimizdə və Əyrivəng kəndində görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Tanrı Sizi və Azərbaycanımızı qorusun”.

Adilə Bağırovadan, Naftalan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin Tərtər rayonuna səfəriniz zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməyiniz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.

Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğunuza görə kurort şəhərimiz Naftalanın sakinləri adından Sizə sonsuz məhəbbətimizi və hörmətimizi bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və millətimizi qorusun”.

Ruxsarə Nəsirovadan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir.

Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı.

İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun”.

Faiq Məmmədovdan, Tərtər, Azərbaycan

“Hörmətli cənab Prezident.

Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayır, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Siz Mehriban xanımla birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik.

Cənab Prezident, Tərtər idmançıları adından söz verirəm ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, sıralarımızı gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacağıq. Tanrı Sizi və ailənizi qorusun”.

S.Xankişiyeva

Paylaş:
982

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər