“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

15:51 - 17 / 06 / 2020
“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Ağayev Rövşən, Məmmədov Vüsal, Məmmədov Əhmədağa, Abbasov Emil, Mehtiyev Calal və Babayev Habil, Cəlilabad, Azərbaycan

“Əziz və hörmətli cənab Prezident.

Pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiqi xalqımız və iqtisadiyyatımız üçün sınaq dövrü oldu. Belə bir çətin vəziyyətdə Siz hər zaman olduğu kimi yenə də sahibkarlara və fermerlərə dəstək verərək onların yanında oldunuz. İstehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusilə də kartofun Rusiya bazarlarına daşınmasında və satılmasında kəndlərimizin fermerlərinə böyük kömək göstərildi. Sizin sayənizdə xaricə çıxışımız təmin olundu, bu işdə heç bir çətinliyimiz yaranmadı.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Qoy, həmişə Siz və ailəniz biz vətəndaşların qarantı olaraq daim öndə və yüksəklərdə olasınız.

Çox sağ olun, cənab Prezident”.

Gülnarə Azayevadan, Şirvan, Azərbaycan

“Hörmətli Prezidentimiz.

Bütün dünyada geniş yayılmış və dövlətlərin olduqca çətin vəziyyətə düşdüyü koronavirus pandemiyası dövründə Sizin rəhbərliyiniz altında ölkəmizdə çox ciddi tədbirlər həyata keçirilir. Vətəndaşlarımıza dövlət tərəfindən göstərilən maddi dəstək, səhiyyə işçilərinin əmək haqlarının artırılması, yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, xəstəxanalarda müalicəyə cəlb olunmuş xəstələrə göstərilən hərtərəfli qayğı, infeksiyanın yayılma surətinin azaldılması üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və bir sıra rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi, digər dövlətlərlə müqayisədə infeksiyadan daha az itki ilə çıxmağımıza böyük kömək göstərir.

Bütün bunları görərək, Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Mən fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var və bir vətəndaş olaraq olduqca rahatam ki, xalqımızın üzləşdiyi bu çətin günlərdə də çıxış yolu tapıb xalqımızı öz arxanızca aparacaqsınız. Xalqımızın sağlam gələcəyi naminə həyata keçirdiyiniz bütün tədbirlərə görə ailəmin adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya çox-çox minnətdarlıq edirəm. Tanrı Sizi, ailənizi və xalqımızı bu bəladan qorusun”.

Əli Fətəliyevdən, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan vətəndaşı kimi dünyada, eləcə də, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Koronavirus pandemiyasının başlanğıc mərhələsində ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi.

Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də, pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə minnətdarıq, cənab Prezident”.

Həmidov Vaqif, Alışov İlham, Paşalı Coşqun və Seyidov Kənan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz mürəkkəb vəziyyətdə möhkəm iradə nümayiş etdirməklə bir daha sübut etdiniz ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. İlk olaraq onu bildirmək istəyirik ki, hər bir Azərbaycan vətəndaşı Sizinlə qurur duyur. Cəmiyyətimiz bir daha yüksək keyfiyyət ifadə edərək göstərdi ki, xalqımızla Prezidentimiz birdir. Vətəndaş olmaq öz məsuliyyətinin fərqində olmaq deməkdir. Hər zaman üzləşdiyimiz qlobal problemlərdən Siz Azərbaycanı üzüağ çıxartmısınız. Bu çətin günlərdə qəbul etdiyiniz qərarlara, özəl sektora verdiyiniz dəstəyə görə hər bir vətəndaş Sizinlə qürur duyur. Vaxtında təxirəsalınmaz tədbirlər gördüyünüzə görə sağlam şəkildə ailələrimizin yanındayıq. İnşallah, Sizin uzaqgörən siyasətiniz, müdrikliyiniz sayənizdə COVID-19 deyilən bu bəladan xilas olacağıq.

Bir məsələni də xüsusi qeyd etmək istəyirik. Bu yaxınlarda üzləşdiyimiz çətinliyin aradan qaldırılması ilə əlaqədar Sizə ünvanladığımız müraciətimiz müsbət həllini tapdı. Bu da biz vətəndaşlara olan diqqətin bir nümunəsidir.

Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq, cənab Prezident. Sizi alqışlamaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənimizin inkişafı və tərəqqisi, xalqımızın sağlamlığı naminə Siz hər şeyi edirsiniz. Ulu Tanrı Sizi və ailənizi qorusun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
715

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər