“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

16:35 - 10 / 06 / 2020
“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Səmayə Qasımovadan, Şirvan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər bir Azərbaycan vətəndaşı Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir.

Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz. Biz hər şeydən arxayınıq. Siz vədlərinizi öz işinizlə yerinə yetirirsiniz. Bu çətin məqamlarda atdığınız addımlarla, verdiyiniz qərarlarla hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Koronavirusa qarşı mübarizədə Sizin sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyə və tələblərinizə biz şirvanlılar ciddi əməl edirik və xalqımızı da diqqətli, məsuliyyətli olmağa səsləyirik.

Cənab Prezident, bu gün Azərbaycandakı sabitlik, abadlıq, quruculuq işləri fərəhlidir, ürəkaçandır. Tutduğunuz bu haqq yolunda Sizə bütün şirvanlılar adından uğurlar arzulayıram. Allah Sizi qorusun”.

Əjdər İbrahimovdan, Mingəçevir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

 “Azərbaycan” İES-in yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırığa əsasən müəssisə əsaslı təmir edilib. Bu, biz energetiklər üçün böyük sevincdir. Bu gün “Azərbaycan” İES-in gecə görüntüləri şəhərimizin gözəlliyinə yeni rəng qatıb. Bu gözəlliklər Azərbaycanımızın inkişafı deməkdir və gələcəyə ümidimizdir.

Görülən bütün bu işlər Sizin tapşırığınızla həyata keçirilir. Ona görə də Sizə minnətdarıq. Ulu Tanrı köməyiniz olsun”.

Emin Əlizadədən, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm. Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Hər zaman var olasınız!”

Yusif Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımız Sizin ölkəyə rəhbərlik etdiyiniz dövrdə ölkəmizdə siyasi və iqtisadi inkişafın şahidi olub. O cümlədən Zirə qəsəbəsinin sakinləri Sizin uğurlu siyasətinizi yüksək qiymətləndirirlər. Sizin tərəfinizdən Zirə qəsəbəsinin sakinlərinin rifahının yüksəldilməsi üçün yeni layihələrə imza atılır. Sizin tapşırığınızla Zirə qəsəbəsində əsaslı quruculuq işləri görülüb, yeni iş yerləri açılıb. Məhz Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsidir ki, Zirə hazırda şəhər tipli qəsəbəyə çevrilib. Biz də bunun qarşılığında abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün əlimizdən gələni əsirgəmirik.

Cənab Prezident, Siz dünyanı bürümüş koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq, onu böyük fəlakətdən qorumaqdasınız. Vaxtilə köməyə ehtiyacı olan Azərbaycan hazırda dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib, digər dövlətlərə yardım göstərə biləcək qüvvəyə malik olub.

Bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram”.

S.Xankişiyeva

Paylaş:
749

Son xəbərlər

Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14
Bütün xəbərlər