“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

17:26 - 10 / 06 / 2020
“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Tavad Azadovadan, Ağcabədi, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası çox böyükdür. Görülən bu işlər xalqımız, o cümlədən ağcabədililər tərəfindən minnətdarlıqla qarşılanır. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin arxasındadır.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Biz həmişə Sizinləyik, əziz Prezidentimiz”.

Eyyub Eyyubovdan, Zərdab, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində ölkəmiz hər gün daha da inkişaf edir. Hazırda bəşəriyyətə yayılmış COVID-19 virusunun dünya iqtisadiyyatına güclü təsir etməsinə baxmayaraq, Sizin diqqət və qayğınız nəticəsində ölkəmizin iqtisadiyyatı dayanıqlı olduğunu göstərdi. Buna görə Zərdab rayonunun Şahhüseynli kəndinin dindarları adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin hərtərəfli siyasətinizi hər zaman dəstəkləyirik.

Cənab Prezident, son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin dövlətimizin əleyhinə səsləndirdiyi ifadələri qəbuledilməz hesab edirik. İnanırıq ki, qısa zamanda bu kimi xoşagəlməz halların qarşısı alınacaqdır. Allah-Təala Sizi və ailənizi qorusun”.

Abdul Paşayevdən, Quba, Azərbaycan

Zati-aliləri, cənab Prezident.

Bu gün Azərbaycan vətəndaşları Sizi özlərinə ən etibarlı dost, qayğıkeş ailə üzvü bilirlər. Fikrimcə bu, çox ədalətli yanaşmadır. Çünki Sizin işlərinizin bəhərini, səmərəsini Azərbaycanın hər bir ailəsində müşahidə etmək mümkündür. Bütün bunları görənlər Sizə xoş ürək sözlərini ifadə edir, təşəkkür məktubları ünvanlayır, görməyənlər isə gərək problemi başqa yerdə axtarsınlar, bəzi nadanlar kimi, xarici sifarişlər əsasında təşkil edilən qarayaxma kampaniyalarının iştirakçısına çevrilməsinlər.

Cənab Prezident, qeyd etmək istəyirəm ki, mən özüm əliləm və dövlətimizin qayğısını hər zaman hiss edirəm. Bir müddət bundan əvvəl qəzalı evimin təmiri ilə əlaqədar etdiyim müraciətim nəzərə alındı və lazımi işlər görüldü. Bundan əlavə, bu yaxınlarda çətin pandemiya dövründə iki ayı əhatə edən birdəfəlik yardım almışam. Bunlar olmasaydı, indi həyatım necə olardı?! Düşünürəm ki, qayğı görən mənim kimi insanlar çoxdur və hər birinin alqışı, duası Sizinlədir, əziz Prezidentim. Ömrünüz uzun, yolunuz hər zaman açıq və işıqlı olsun”.

Heydər Cəfərovdan, Mingəçevir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Siz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və qayğı xalqımız tərəfindən məmnunluqla qarşılanır.

Şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Sizin həyata keçirdiyiniz siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə imzaladığınız fərman və sərəncamlar çox sayda ailəyə böyük sevinc bəxş edib, vətəndaşlarımız tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib.

Şəhid ailəsi kimi biz də bu diqqət və qayğıdan kənarda qalmamışıq. Şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik müavinətlə təmin olunmağımız dövlətimizin bizə göstərdiyi davamlı dəstəyin daha bir bariz göstəricisidir.

Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır. Bu münasibətə, apardığınız uğurlu işlərə görə ailəmiz adından Sizə təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun”.

Yasəf Eyvazovdan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizi səmimiyyətlə salamlayır, Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda Siz uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlayaraq, epidemiyanın sürətlə yayılmasının qarşısını aldınız və vətəndaşların təhlükəsizliyini bütün işlərdən üstün tutdunuz. Sizin mədəniyyətimizə, musiqimizə, milli-mənəvi dəyərlərimizə olan diqqət və qayğınızı da yüksək qiymətləndirir, ürəkdən alqışlayıram.

Bu problemlər arasında biz musiqiçiləri və incəsənət xadimlərini də yaddan çıxarmayıb əməyimizi yüksək dəyərləndirdiyiniz və mükafatlandırdığınıza, şəxsən məni Prezident mükafatına layiq gördüyünüzə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident! Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

S.Xankişiyeva

Paylaş:
812

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər