1news.az

Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

4 İyul saat 18:42 ~ 1 dəqiqəlik oxu 4080
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

Bu gün iyul ayının 4-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 18-00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net