Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi

14:25 - 08 / 08 / 2019
Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi

Dünya brendi Samsung-un yeni cihazlarının təqdimatı hər zaman sensasiyaya səbəb olur. Hər kəsin ənənəvi Unpack mərasimini gözlədiyi zaman şəbəkəyə yeni Galaxy Note modelinin 10-cu seriyasının kodlaşdırılımış adının DaVinci olduğu haqda məlumat “sızmışdır”.

Bu xəbər internet istifadəçiləri arasında ajiotaja səbəb oldu. Belə ki, istifadəçilər iki qrupa ayrılaraq, birincisi layihə adının S-Pen stilusuna işarə olduğunu və dahi sənətkarın qələmini səciyyələndirildiyini hesab edir, digərləri isə ustadın məşhur işləri ilə əlaqələndirərək mükəmməl foto şəkillər əldə etməyə imkanı yaradan kameralara işarə olduğunu irəli sürürlər.

Yeniliklərdən ilk növbədə Galaxy Note10-un artıq iki ölçüdə mövcud olmasını qeyd etmək olar. Belə ki, Note 10 və Note 10+ modelləri biri birindən ekran diaqonalı, akkumulyator həcmi, kamera sayı və içliklə fərqlənir. Beləliklə, Galaxy Note 10+ dörd linzalı əsas və bir selfi kamerası ilə, Note10 modeli isə üç obyektivli arxa və bir frontal kamera ilə təchiz olunub. Operativ yaddaşı 12 QB təşkil edən, Galaxy Note10+ 256 QB daxili yaddaşla təchiz olunub. Note10-a isə 256 QB daxili və 8 QB RAM quraşdırılıb. Həmçinin, cihazlar çəki ilə də fərqlənir ki, Note 10 - 168 qr, Note 10+ modeli isə 198 qr çəkiyə malikdir. Qeyd edilir ki, S-Pen stilusu da bu il gözə çarpacaq dəyişikliklərə məruz qalıb. Belə ki, indi stilus daha çox, ekrana toxunmadan belə smartfonu idarə etməyə imkan yaradan Air Command tipli komandaları yerinə yetirməyə qadirdir.

Yeni Galaxy Note sadəcə fablet deyil, bütün texnologiya həvəskarlarını sevindirəcək çoxfunksiyalı bir cihazdır. Qeyd edək ki, Samsung yeni cihazın təqdim olunması münasibəti ilə ənənəvi öncədən sifariş aksiyası elan edib. Belə ki, xüsusi təklif çərçivəsində, 08.08.2019 - 08.08.2019 tarixləri arasında rəsmi holoqramlı yeni Galaxy Note10+ və Note10 modellərini öncədən sifariş edərkən gümüşü Galaxy Buds naqilsiz qulaqlıqlarını əldə etmək imkanınız var. Fürsətdən yararlanmağa tələsin!

*Galaxy Buds-ın rəngi gümüşü rəngin mövcudluğuna əsasən dəyişə bilər.

Aksiya, Galaxy Note 10 və Note 10+ haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
937

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər