1news.az

“Google Play” mağazasında casus proqramları aşkar edilib

24 İyul saat 16:41 ~ 1 dəqiqəlik oxu 179
“Google Play” mağazasında casus proqramları aşkar edilib

"Avast" antivirus istehsalçısı "Google Play" mağazasının kataloqunda 7 casus proqramı aşkar edib.

1news.az ICTnews-a istinadən bildirir ki, bu proqramların köməyi ilə kolleqa və qohumları izləmək mümkün idi.

Həmin proqramlar aşağıdakılardır: "Track Employees Check Work Phone Online Spy Free", "Spy Kids Tracker", "Phone Cell Tracker", "Mobile Tracking", "Spy Tracker", "SMS Tracker" və "Employee Work Spy".

Bu proqram təminatı ümumilikdə 130 min dəfədən çox yüklənilib. Ən çox "Spy Tracker" və "SMS Tracker" proqramları yüklənilib.

Aşkar edilmiş zərərverici proqramlar qurbanın olduğu yeri izləyib, onun kontaktlarını, SMS mesajlarını və zənglərin tarixçəsini toplayıb. Bəzi qurğularda "WhatsApp" və "Viber" mesajlarına müdaxilə etmək mümkün olub.

Bütün casus proqramları "Google Play"dən silinib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net