“Sərsəng” adlı gəmi istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Sərsəng” adlı gəmi istismara verilib

Qafar Ağayev10:13 - 04 / 06 / 2025
“Sərsəng” adlı gəmi istismara verilib

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilmiş “Sərsəng” yedək gəmisi istismara verilib.

1news.az xəbər verir ki, gəmi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.

Bu gəminin uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu isə 1,6 metrdir. Maksimum 9 uzel sürətlə hərəkət edəcək gəmi göyərtəsində 3 tonadək yükdaşıma qabiliyyətinə malikdir.

“Sərsəng” ZGTTZ-də tikilmiş sayca altıncı gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay", “Bərgüşadçay” və “Azıx” adlı eyni tipli gəmilər inşa olunaraq təhvil verilib.

Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.

Bu gəmilər liman akvatoriyasında, reyd zonalarında və sahildən 20 dəniz mili məsafəyədək ərazilərdə yedəkləmə və manevr əməliyyatlarının yerinə yetirilməsi, eyni zamanda gəmi heyəti və digər personalın daşınması, müxtəlif göyərtə yüklərinin nəqli üçün nəzərdə tutulub.

Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.

Paylaş:
126

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər