Günel Anarqızı: Qorxuram, çox qorxuram... | 1news.az | Xəbərlər
Cəmiyyət

Günel Anarqızı: Qorxuram, çox qorxuram...

17:56 - 05 / 06 / 2020
Günel Anarqızı: Qorxuram, çox qorxuram...

İlk olaraq qeyd edim ki, bu hekayə özüm və ya dostlarımdan heç biri haqqında deyil.

Daha çox, burada təsvir olanları keçmiş və ya hələ də keçmək mərhələsində olanlarla əlaqədardır.

Çox istərdim ki, hekayənin sonunda çalınan zəngin səsi heç birimizin evində səslənməsin...

* * *

Düzünü desəm, nədən başlayacağımı da bilmirəm. Çünki əvvəldən yazsam, çox uzun olacaq və olar bilər sonuna qədər çatmamış olarsınız. Açığı, özümün də çox vaxtı yoxdur...

Ancaq inanın, bu vacibdir. Buna görə çox xahiş edirəm ­– sonuna qədər oxuyun. Mən qısa qeyd edəcəyəm. Beləliklə...

Qorxuram. Çox qorxuram.

Həm də, bu vəziyyəti təhlil edərkən, anlayıram ki, qorxum qeyri-müəyyənliyin dərk edilməsindən yarandı. Amma yenə də... gəlin hər şey haqda sıra ilə.

Artıq hər kəsi bezdirən koronavirus haqda hamımız bilirik. Düzünü deyim ki, hamımızı yumşaq desək... yorub.

Ancaq gəlin hər şeyi düzgün qiymətləndirək, evdə olmağım üçün bütün vaxtları, bütün ailəm və mən oturub karantini müşahidə etdik. Marketə yalnız müstəsna halda, təbii ki, mütləq şəkildə maska və əlcək taxmaqla gedərək, sonra aldığımız məhsulları eyvanda spirtlə yaxşıca silirdik, gündə 20 dəfə əllərimizi “Heppi bösdey” mahnısını hamılıqla ifa edərək, əlbətdə əylənərək, baba və nənə ilə yalnız telefonla, başqa cür mümkün olmadığından və onların sağlamlığına təhlükə yarada biləcəyimizi anlayıraq danışırdıq. Üstəlik, baba siqaret çəkir, nənə də isə astma xəstəliyi var. Bir sözlə, hər kəs hər şeyi başa düşdü. Və itaətkarlıq etdi.

Bəzən xaricdə yaşayan dostlarımızın yanında öyünərdik ki, ölkəmizdə hər şey çox aydın və ahənglidir və dövlətimiz vaxtında bunun qarşısını aldı, sərhədləri bağladı, karantin elan etdi, təbliğat apardı və klinikalar tikdi, əhalini maska və qoruyucu vasitələrlə təmin etdi.

Açığını deyim ki, bütün bunları bir-birimizlə müzakirə edərkən qürur hissi yaşayırdıq: ölkəmizi digər ölkələrə nümunə çəkirdik – daha zəngin və daha təcrübəli olsalar da, xəstələri az qala küçələrdə ölürlər. Bizdə isə, hər kəsə afərin - evlərdə otururlar və təlimatları yerinə yetirirlər və bizdə barmaqla sayılacaq qədər yoluxmuş var. Nəticədə bizdə hər şey nümunəvidir və nəticədə hər kəsdən daha yaxşı olacaq. Və ruhum sakitləşdi və qəlbimdə minnətdarlığın həddi-hüdudu yox idi: hökumətə və polislərlə həkimlərə...

Və sonra azadlıq günü gəldi. Əlbətdə, hamımız çox sevindi, küçədə may, hər tərəf çiçəklənir, təbiət pıçıldayır, ətrafdakılar gənc, sağlam və enerjili...

Qısacası, insanlar şəhərə tökülüşdü. Yadımda deyil, nə vaxtsa ZARA-ya girmək üçün və ya günün yarısına qədər kafelərə sifariş vermək üçün növbəyə dayanaq. Son dəfə dostlarımı qəlbdən qucaqladığım və küçədə tamamilə tanımadığım, eyni zamanda bu cür insanlara - mənim sevimli həmvətənlərimə seyr edərkən belə misilsiz sevinc hissi keçirdiyimi xatırlaya bilmirəm.

Açığını deyim ki, dünyada üç yüz mindən çox insanın koronavirusdan öldüyü və yoluxmuş insanların sayının gündən-günə artması barədə söhbətlərin hamısı mənə həqiqət kimi gəlmirdi.

Budur hamımız – canlı, gümrah, şən, əvvəllər olduğu kimi, kafelərdə keflə oturub söhbət edərək, düşünmürdük ki, hardasa koronavirusla bağlı hesabat yenidən veriləcək. Hər şey çox əla idi! Yaxın günlərdə, önümüzdəki ayda və ümumiyyətlə həyatda nə qədər çox iş görülməli idi!

Sonra qəfildən nəsə düz getmədi. Bu, ötən həftənin sonunda baş verdi. Həmin axşam universitet yoldaşlarımla oturduq. Yeddi nəfər idik. Rəfiqəmin sevgilisi, iki dəfə öskürdü. Hətta hamımız ona birlikdə dedik ki, get buradan, hamımızı koronavirusa yoluxduracaqsan, qısacası, onunla zarafatlaşdıq. Sonra babamın yanına getdim və gecə onlarla qaldım.

Sonra evə qayıtdım və bütün bu dörd gündə mən o qədər insanla danışdım – ailə üzvləri, qonşular, dostlar, dükanlarda satıcılar, avtobuslarda yoldaşlar, əlbətdə, hamını xatırlamaq olmur.  Əlbətdə ki, maskam yox idi. Ona görə yox ki, kornavirusa əhəmiyyət vermirdim, Sadəcə artıq ətrafda heç kim maska ​​taxmırdı. Üstəlik, maska taxanları da lağa qoyurdular. Bir sözlə, axmağam...

Tam səmimi yazıram. Axmağam, ona görə ki, müəyyən bir vaxt mən də düşündüm ki, bu, cəfəngiyyatdır və heç bir virus yoxdu. Və ya uzaqddır. Və ya bizim o qədər möhkəm immunitetimiz var ki, bizimkilər yoluxmaz.

Və, yoluxdum. Sadəcə olaraq yoluxdum. Xəbərdarlıq etdikləri kimi. Hava-damcı yolu ilə. Yaxın təmasdan. Bunu bu gün, bir saat əvvəl bildim. Sırağa gün hərətim qalxdı, şübhələndiyim üçün analiz verdim. Qısacası, analiz müsbət çıxdı. Salam, Korona! Sən demə varsanmış...

Tezliklə məni aparacaqlar, daha sonra ailəm də karantinə alınacaq. Və yoluxduğum ilk şəxsi araşdırıb tapacaqlar...

Mən də kimləri tanıyıram, kimlərlə təmasda olmuşam bir-bir saymağa başlayacağam. İlk babam və nənəm idi... Onların 70 yaşı var. Babam ömrü boyu siqaret çəkib, nənəm isə astma və ürək çatışmazlığından əziyyət çəkib. Və biz bütün bu vaxtı onları qoruyurduq...  

Çox qorxuram. Özüm üçün yox... İnanın, tam səmimi deyirəm...

Bircə onlara heç nə olmasın... Hər şey yalan olsun....

Zəng. Deyəsən məni aparmağa gəliblər...

03.06.2020 

Günel Anarqızı

Paylaş:
2410

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər