1news.az

Hövsanda xüsusi oksigen generatoru olan modul tipli xəstəxana istifadəyə verildi

5 Avqust saat 17:12 ~ 1 dəqiqəlik oxu 4200
Hövsanda xüsusi oksigen generatoru olan modul tipli xəstəxana istifadəyə verildi

Bakıda iki Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Hövsan Olimpiya İdman Kompleksi koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilib.

Xəstəxananın açılış mərasimində iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edib. TƏBİB sədri tərəfindən jurnalistlərə verilən açıqlamada qeyd olunub ki, yeni istifadəyə verilən modul tipli xəstəxanalar xüsusi oksigen generatorları ilə təchiz olunub:

“Əsas məsələlərdən biri də odur ki, burada havalandırma sistemi quraşdırılıb. Bu sistem havanı təmizlədiyinə görə infeksiyanın sürətlə yayılmasının qarşısını alır”.

Qeyd edək ki, Hövsan Olimpiya İdman Kompleksi ilə yanaşı, Abşeron Olimpiya İdman Kompleksində də modul tipli xəstəxana quraşdırılıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net