İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib
Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edərək xilas edib.
Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.
78












