Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb

1news Redaksiyası11:23 - 26 / 06 / 2026
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər