Politoloq: Sammitə damğa vuran məqam İlham Əliyevin Nikol Paşinyanın replikasına cavabı oldu

Məlum olduğu kimi, iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirilib.
İlk olaraq qeyd edək ki, bu videokonfrans Azərbaycan üçün çox önəmli məqamlarla yadda qaldı. Çünki Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Azərbaycanla Aİ arasında olan münasibətlər günü gündən inkişaf edir. Ötən gün tutan videokonfransada ölkə başçısı İlham Əliyev bu məsələrə toxundu.
Videokonfrans zamanı Prezident İlham Əliyevin növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyanı real faktlarla susdurması isə daha çox diqqət çəkdi.
Sözügedən videokonfransla bağlı 1news.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın əsas prioritet istiqamətlərindən biridir.
“Avropa İttifaqının bir çox üzv ölkəsi kimi Azərbaycanla da xarici, iqtisadi münasibətlər yüksək səviyədədir. Azərbaycanın xarici ölkələrlə apardığı ticarət dövriyyəsinin 50 faizi məhz Avropa İttifaqının payına düşür. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən sənəd gündəlikdədir. Həmin sənədin 90 faiz mətni artıq razılaşdırılıb. Əsas məsələ bu sənəddə Azərbaycanın ümummilli maraqlarının qeyd olunmasıdır. Xüsusilə müstəqilliyimizin, suverenliyimizin və beynəlxalq səviyyədə tanınan sərhədlərin bu sənəddə qeyd olunması Azərbaycan üçün çox önəmlidir. Bütün bunları nəzərə alaraq, ötən gün keçirilən sammit bir çox parametrlərinə görə əlamətdar oldu.
Azərbaycan Respublikasının Prezidenti öz çıxışında imzalanması gözlənilən sənədə də toxunub və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan vəziyyəti, Azərbaycan torpaqlarının 20 faizinin işğalının 30 ilə yaxın müddətdə hələ də davam etməsini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olduğu halda Ermənistan qoşunlarının hələ də işğal olunmuş ərazilərdə olması və bu münaqişə ilə bağlı ATƏT, Qoşulmama hərəkatı, NATO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin olmasını bildirib".
Politoloq Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində yüksək əməkdaşlıq əlaqələrinə malik olduqlarını vurğulayıb:
“Azərbaycan neftlə yanaşı Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayaraq enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini də təmin edir. Azərbaycan 3500 kilometrlik boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi tikintisinin təşəbbüskarı olub və bu layihənin maliyyələşdirilməsində iştirak edib. Gözlənilir ki, bu lahiyə 2020-ci ilin sonlarına yaxın tam həcmdə işə düşsün. İşlərinn 90 faizdən çoxdu artıq yekunlaşıb. Bu böyük bir layihədir”.
Politoloq deyib ki, bu Sammitə damğa vuran daha bir məsələ cənab Prezidentin Ermənistanın baş naziri Nikol Paşinyanın replika atmasına cavabı oldu:
“Paşinyan Azərbaycan Prezidentinin çıxışına müdaxilə edərək, Avropa İnsan Hüquqları Məhkəməsində çıxarılan qərara toxundu və bildirdi ki, "Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən esktradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur” fikirlərini söylədi.
Cavabında cənab Prezident bildirdi ki, Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Ona görə də belə məsələlərdə Ermənistanın baş naziri danışmasa daha yaxşı olar.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycanda irqçiliklə bağlı heçnə qeyd olunmayıb. Bu Paşinyanın uydurmasıdır, tamamilə yalan və saxtakarlıqdı. Provakasiya yönümllü bir çıxış idi. Lakin cənab Prezident Paşinyanı susdurdu”.
Politoloq Ermənistanın baş nazirinin ingilis dilində olan çıxışında “Nagorno Karabakh”, erməni dilində çıxışında isə “Arsax” sözünü işlətməsinə də diqqət çəkib:
“Ona görə də biz belə təhlil verə bilərik ki, Nikol Paşinyan “Arsax” sözü ilə daxili auditoriyaya fikir səsləndirir. Lakin “Nagorno Karabakh” Azərbaycanın ərazi bütövlüyünə daxildir, ona görə də bu ərazi adlandırılmasından istifadə edir”.
Koronavirus pandemiyasına da toxunan İ.Hüseynov Azərbaycanla Ermənistan arasında koronavirusla mübarizədə iqtisadi uçurumların olduğunu qeyd edib:
“Sammitdə Prezidentimizin toxunduğu digər məsələ koronavirusla mübarizə sahəsində Azərbaycanın gördüyü işlərə həsr olunub. “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırıb. Ermənistanın baş naziri bildirib iki, Ermənistan Avropa İttifaqından 92 milyon avro miqdarında yardım alıb, amma cənab Prezident bildirib ki, Azərbaycan könüllü olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə yardımı ayırıb və 29 ölkəyə humanitar yardım göstərilib”.
Politoloq Paşinyan videokonfransda maska taxmaqla özünü gülünc vəziyyətə saldığını da sözlərinə əlavə edib:
“Paşinyan koronavirusa yoluxduğunu deməklə xalqı aldatmağa çalışır. Onun burada bir məqsədi var - koronavirusla mübarizədə atdığı, həyata keçirdiyi uğursuz siyasətin üstünü örtmək. Erməni xislətində olan dilənmək, özünü məzlum və zərərçəkmiş kimi göstərmək burada da özünü göstərdi”.
Qafar Ağayev