Yaponiyada bankomat qarşısında olan yaşlılara yeni QADAĞA

Yaponiyanın Osaka şəhərində yeni qəbul edilən qaydaya əsasən, 65 yaş və yuxarı şəxslərin bankomatdan istifadə zamanı telefonla danışmaları qadağan olunacaq.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar yaşlı vətəndaşları dələduzluqlardan qorumaq məqsədilə qəbul edilib.
Məlumata görə, keçən il ölkədə dələduzluq halları nəticəsində təxminən 500 milyard dollar zərər qeydə alınıb. Özlərini polis və ya vəkil kimi təqdim edən şəxslər, xüsusilə yaşlı insanları pul köçürməyə sövq edirlər.
Avqustda qüvvəyə minəcək bu yeni tənzimləmə Yaponiyada ilk olacaq. Lakin qaydanı pozanlara qarşı cərimə tətbiq edilməyəcək.
Osaka rəsmisi Ryo Hamaoka bildirib ki, “yaşlılar həm qurban, həm də bu cinayətlərin qarşısını almağa çalışan tərəfdaşlarımızdır. Onlara qarşı cəza tətbiq etmək doğru olmaz.”