Ceyhun Bayramov: Aİ-nin ali nümayəndəsinn doqquz ildən sonra Azərbaycana səfəri əlamətdar hadisədir | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Aİ-nin ali nümayəndəsinn doqquz ildən sonra Azərbaycana səfəri əlamətdar hadisədir

Qafar Ağayev13:24 - Bu gün
Ceyhun Bayramov: Aİ-nin ali nümayəndəsinn doqquz ildən sonra Azərbaycana səfəri əlamətdar hadisədir

Avropa İttifaqı ali nümayəndəsinin doqquz ildən sonra Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:

“Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük”.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər