Ramid Namazov: İlham Əliyevin milli maraqlara uyğun müstəqil xarici siyasəti bir sıra qüvvələrin maraqları ilə üst-üstə düşmürdü | 1news.az | Xəbərlər
Siyasət

Ramid Namazov: İlham Əliyevin milli maraqlara uyğun müstəqil xarici siyasəti bir sıra qüvvələrin maraqları ilə üst-üstə düşmürdü

19:44 - 24 / 04 / 2025
Ramid Namazov: İlham Əliyevin milli maraqlara uyğun müstəqil xarici siyasəti bir sıra qüvvələrin maraqları ilə üst-üstə düşmürdü

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirməsi Qərbdə, xüsusən də Avropa İttifaqı və ona üzv dövlətlərdəki bir sıra qüvvələrin maraqları ilə üst-üstə düşmürdü.

"Report” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.

O qeyd edib ki, bunun nəticəsində həmin dairələr Avropa İttifaqının və dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başladılar. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bu fəaliyyətlər özünü daha qabarıq şəkildə göstərməyə başladı:

"Hibrid hücumların pik dalğası isə 2023-cü ilin dekabrında COP29-a ev sahibliyinin Azərbaycan Respublikasına verildiyi gündən tədbirin bitdiyi günə qədər idi.

Əsrlər boyu müxtəlif güclərin maraq dairəsində olan Cənubi Qafqaz regionunda bu gün sülhə təhdid yaradan vasitələrdən biri də Avropa İttifaqının bölgədəki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində yaratdığı missiyalardır.

Ermənistandakı bu missiyaların fəaliyyətində ölkəmizə qarşı hibrid təhdid elementlərinin mövcudluğu və onların mümkün zərərləri nəzərə alınaraq, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası tərəfindən xüsusi araşdırmaya başlanıldı".

Paylaş:
65

Son xəbərlər

Bakıda üç avtomobil yanıb

24 / 04 / 2025, 16:30

İsmayıllıda zəlzələ olub

24 / 04 / 2025, 14:45
Bütün xəbərlər