Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 aprel 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilib və hazırlıq işlərinin aparılması səlahiyyəti ona həvalə olunub.
61