Prezident: “Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar” | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident: “Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”

13:41 - 26 / 10 / 2020
Prezident: “Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”

Müsahibə verdiyim jurnalistlər mənə sual verirlər ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz nə gəzir? Gedin baxın da, F-16 neyniyir, havadadır, ya yerdədir?”

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyə qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”.

Qafar Ağayev

Paylaş:
445

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər