1news.az

Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik etdi

25 May saat 13:26 ~ 1 dəqiqəlik oxu 3190
Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu öndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident, 

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah diləyirəm”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net