Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Quliyev Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Xatırladaq ki, iyunun 22-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
91












