Prezident İlham Əliyev yeni dəstək mexanizmini açıqladı | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev yeni dəstək mexanizmini açıqladı

17:29 - 10 / 04 / 2020
Prezident İlham Əliyev yeni dəstək mexanizmini açıqladı

“Azərbaycanda banklar tərəfindən sahibkarlara verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşündə çıxış edərkən deyib.

Prezident bildirib ki, zəmanət verilən kreditlər üzrə faiz dərəcələrinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

İlham Əliyev qeyd edib ki, dövlət zəmanəti olmayan bir milyard manat və ya 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq.

 “Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bu tədbirin əsas səbəbi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir”, - deyə Prezident əlavə edib.

Dövlət başçısı qeyd edib ki, sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfiyyatı artıb:

“Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir. Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşü koronavirus pandemiyasına həsr olunub.

İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib – YENİLƏNİB

Prezident: Azərbaycan koronavirusun qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb

S.Xankişiyeva

 

Paylaş:
711

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər