#StrongerTogether: Gürcüstandan Azərbaycana həmrəylik mesajı

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən televiziya qülləsi Azərbaycana həmrəyliyini nümayiş etdirmək məqsədilə ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN-in Twitter səhifəsində qeyd olunub.
Azərbaycan da koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə qonşu dövlətin həmrəylik mesajına minnətdarlığını bildirib:
“Təşəkkür edirik, dost Gürcüstan!”
#StrongerTogether


Qeyd edək ki, aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan bayrağı videoproyeksiya olunub. Həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib.
Gürcüstan Prezidenti dəstək üçün Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib
S.Xankişiyeva