Vüqar Bayramov: Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bu pillədə yer almaqla ölkəmiz bütün qonşularını geridə qoyub. Belə ki, Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.
Bu qürurverici məqamla bağlı 1news.az Milli Məclisin deputatı Vüqar Bayramovdan şərh alıb.
Deputat bildirib ki, BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədi dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir:
“Nəzərə alsaq ki, bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur və həm iqtisadi, həm sosial və bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilər bu hesabatda öz əksini tapır.
Sevindirici haldır ki, Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir. Və praktiki olaraq biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda Azərbaycanın balı region üzrə, o cümlədən Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə orta baldan daha yüksəkdir.
Bu da ondan xəbər verir ki, əslində Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə müqayiə olunur və həmin ölkələrdəki inkişaf indeksinə uyğun olaraq artım müşahidə olunur”.
Vüqar Bayramov vurğulayıb ki, “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi və eyni zamanda beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır:
“Nəzərə alsaq ki, həyata keçirilən islahatlar bir tərəfdən həm iqtisdiyyatın inkişaf etdirilməsi, dayanıqlılığın, eləcə də inküzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Nəzərə alsaq ki, 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və eləcə də rəhbərliyi iki sosial paket tətbiq olundu. Bu paketlər həm minimum əməkhaqqı, həm orta aylıq əməkhaqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımı ilə nəticələndi. Orta aylıq əməkhaqqı, eləcə də minimum pensiyada 93% artıq artım qeydə alındı ki, bu da xüsusən sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşlarımızın sosial təminanatının daha da gücləndirilməsinə imkan yaratdı”.
Millət vəkili qeyd edib ki, 2020-ci ildə pandemiyanın təsirləri, qlobal bazarda, o cümlədən neft bazarında volatilliyin yüksək olmasına baxmayaraq, sosial proqramlar icra olunur:
“Eyni zamanda sosial istiqamətlərdə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın davamlı inkişafının davam etdirməsi üçün bir zəmin yaradır. Bu, islahatların nəticəsi kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, bu, yoxsulluq səviyyəsinin kəskin azalamsına, eyni zamanda vətəndaşlarımız üçün sosial təminat mexanizminin daha da gücləndirilməsinə gətirib çıxaracaq”.
S.Xankişiyeva