İstanbulda “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının təqdimat mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının təqdimat mərasimi keçirilib

12:35 - 30 / 12 / 2015
İstanbulda “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının təqdimat mərasimi keçirilib

Türkiyənin İstanbul şəhərində “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, professor Cahangir Hüseynovun Azərbaycanın görkəmli dövlət xadimi, Şərqin ən qüdrətli fatehlərindən sayılan, xalqımızın böyük oğlu Nadir şah Əfşara həsr etdiyi kitabın təqdimatı Türkiyə Aydınlar Ocağının təşkilatçılığı ilə baş tutub.

Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilən nəşrdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz yazdığı və redaktoru olduğu “Nadir şah Əfşar: diplomatik yazışmalar” adlı sənədlər toplusunun da materialları yer alıb.

Mərasimdə Türkiyənin bir sıra tanınmış qələm sahibləri, yazıçı və tədqiqatçıları çıxış edərək nəşri yüksək qiymətləndirib, kitabın Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyədə təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Kitabın müəllifi C.Hüseynov öz çıxışında akademik Ramiz Mehdiyevin diplomatik sənədlər toplusuna yazdığı ön sözə toxunaraq, onun Nadir şah ətrafındakı bir sıra mübahisələrə, müəmma və təhriflərə tutarlı cavab olduğunu xüsusilə vurğulayıb, fars dilindən tərcümə edilmiş orijinal sənədlərin isə danılmaz sübut kimi ictimaiyyətin ixtiyarına verilməsini mühüm elmi hadisə kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Onun sözlərinə görə, akademikin Nadir şah irsinin sistemli tədqiqi istiqamətindəki çağırışlarına tarixçilərimiz zəruri həssaslıqla yanaşmalı, bu istiqamətdəki axtarışlarını intensivləşdirməlidirlər.

Türkiyədə nəşr edilən bu kitab Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilib.

1news.az

Paylaş:
1295

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər