Yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançı: “Hadisə baş verəndə içkili olmuşam” – YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançı: “Hadisə baş verəndə içkili olmuşam” – YENİLƏNMƏ

15:31 - 28 / 01 / 2016
Yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançı: “Hadisə baş verəndə içkili olmuşam” – YENİLƏNMƏ

Bu gün Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən İsa Əzizovun apellyasiya şikayətinə baxılıb.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Qeyd olunub ki, 1992-ci ildə Şərur rayonunda anadan olan, hazırda Bakıda yaşayan Əzizov İsa Nadir oğlu İqtisadiyyat Universitetinin tələbəsidir.

İsa Əzizov 2012-ci ildə quldurluq cinayətinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bu cəzadan vaxtından əvvəl azad olunub.

Məhkəmədə o da bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsində əsasən təqsirləndirilən İ.Əzizov vəkildən imtina edib və özü-özünü müdafiə edəcəyini bildirib.

O, apellyasiya şikayətində təhsil aldığını əsas gətirərək cəzadan azad olunmasını xahiş edib.

Prosesdə çıxış edən İ.Əzizov özünü təqsirli bildiyini, peşman olduğunu açıqlayıb. İ.Əzizov hadisə baş verəndə içkili olduğunu, onu düz anlamadıqlarını deyib.

O, həmçinin Meksikada olması haqda yayılan məlumatların yalan olduğunu, heç vaxt bu ölkədə olmadığını bildirib.

Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, onun apellyasiya şikayəti təmin edilməyib.

1news.az

15:11

Bu gün Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən İsa Əzizovun apellyasiya şikayətinə baxılıb.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.

Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslərdən  İ. Əzizov məhkəmə qərarından apellyasiya şikayəti verib.

İ.Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.

1news.az

Mövzu ilə bağlı oxuyun:

Bakıdakı yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar həbs olunub

Yanacaqdoldurma məntəqəsində döyülən mühafizəçi: “Bentley sürücüsü qışqırırdı ki, Bakıda heç kəs onun qarşısını ala bilməz, hər şeyi pulla həll edə bilər”- FOTO

Bakının mərkəzində mühafizəçini döyən İsa Əzizov sən demə, daha əvvəllər də klubda qızı döyübmüş - FOTO

Bakıdakı karaoke-klubda döyülən qızın rəfiqəsi İsa Əzizov haqqında yeni faktlar açıqladı- FOTO

Paylaş:
1307

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər