Sarayda qonşu qonşunu güllələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarayda qonşu qonşunu güllələdi

16:46 - 03 / 02 / 2016
Sarayda qonşu qonşunu güllələdi

Abşeron rayonunun Saray qəsəbəsində qonşu qonşunu güllələyib.

1news.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, qəsəbə sakini Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Abşeron RPİ tərəfindən fakt la bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

1news.az

Paylaş:
1035

Son xəbərlər

Bütün xəbərlər