Trans-Adriatik boru kəməri layihəsinin yeni riskləri | 1news.az | Xəbərlər
İqtisadiyyat

Trans-Adriatik boru kəməri layihəsinin yeni riskləri

16:10 - 22 / 12 / 2015
Trans-Adriatik boru kəməri layihəsinin yeni riskləri

“TAP boru kəməri üzərində yenidən buludlar qatılaşır”

Bir neçə gündür ki,Avropanın bir çox onlayn-nəşrləri bu başlıqda məqalələr dərc edir.

Bu nəşrlərin birinə görə, layihənin maliyyə problemləri onun reallaşması prosesini mürəkkəbləşdirərək siyasi və texniki risklərlə mane olur.

Aşılmaz risklər?

Beləliklə, fransız saytı olan “La Cite” yazır ki,  layihənin analizlərini həyata keçirən “Deloitte” ekspertləri qeyd edir ki, layihə “vaxt ötdükcə ciddi risklərlə qarşılaşır”.

“La Cite” “Deloitte” ekspertlərinin sözlərini sitat gətirir ki, icazə alınması üçün yaranan problemlər – istər siyasi, istərsə də texniki, nəticədə layihənin reallaşmasındaciddi gecikmələrə səbəb ola bilər. Və ya xərclər artaraq onu iqtisadi cəhətdən məqsədə uyğun olmayan layihəyə çevirə bilər”.

Analitiklərin fikrincə, bu cür perspektiv nəticə etibarilə hətta partnyorlarışirkəti bağlamaq məcburiyyətinə gətirə bilər. “Deloitte” eyni zamanda qeyd edir ki, layihə “qeyri-stabil siyasi vəziyyəti olan” regionlara da toxunur.

Boru kəməri kimə lazımdır?

TAP (Trans Adriatic Pipeline) boru kəməri Cənub qaz dəhlizi layihəsinin vacib elementlərindən olaraq, vaxtilə mavi yanacağın Xəzər hövzəsi vasitəsilə Avropadan təhlükəsiz qaz tədarükü təşəbbüsünün yüksəlməsinə xidmət edib. Layihəyə əsasən, ilkin olaraq 5 milyard dollar civarında ölçülən qaz boru kəməri Yunanıstan və Türkiyə sərhədlərindən keçərək (burada o TANAP-la birləşdirilir) Albaniyaya, oradan da Adriatik dənizinin dibindən İtaliyaya qədər uzanacaq. Desək ki, Qədim Dünya ölkələri bu layihədə maraqlıdır, hələ bir şey demək deyil.

Avropa Birliyi ölkələrinə (2013-cü ildə ümumi qaz tədarükü 39% təşkil edib) qaz tədarük edən ən iri təhcizatçı Rusiya hesab olunur. Bununla da Mərkəzi və Şərqi Avropa ölkələrinin bəziləri tranziti Moskva ilə ciddi böhran münasibətində olan Ukrayna ərazisindən keçən Rusiya tədarükündən tamamilə asılıdırlar. Belə bir mürəkkəb geosiyasi vəziyyətdə Avropa maksimum güc tətbiq edərək Cənubi qaz dəhlizi layihəsinə, ümumilikdə isə TAP-a dəstək göstərməlidir.

Lakin reallıq bir qədər fərqlidir.

Təəssüflər olsun ki, layihəyə ciddi maliyyə dəstəyi göstərən Azərbaycanın təşəbbüsləri bəzən AB ölkələri ilə eynilik təşkil etmir. Bəzənqeyri-hökumət təşkilatları, KİV və hətta yerli və bəzi ölkələrin hakimiyyətləri səviyyəsində dövlət orqanları müqavimət və süni maneələrə rast gəlinir.

“Üsyan edən ekoloqlar”

Bu baxımdanApuliya  (ital. – Puglia, sanksiyalardan öncə Rusiya ilə sıx əlaqələri olan region) regionunda yerləşən şirkəti qeyd etmək olar ki, burada TAP İtaliyanın ərazisinə daxil olur.

Baxmayaraq ki, hələ 2015-ci ilin mayında İtaliya hökuməti 2016-cı ildə qaz kəmərinin tikintisi üçün lazımi icazələr (Single Authorisation Permit ) verib,yerli qeyri-hökumət təşkilarları (QHT) məsələn, “5 ulduz” və onun fəalı Antonio Trevizi, eyni zamanda Comito No TAP ictimai birliyi və bir çox KİV hakimiyyətin qərarına qarşı təxribatlaredirlər.

Dəlil olaraq daha çox ekoloji xarakterli arqumentləri gətirirlər. Yerli ictimaiyyət tikinti işlərinin regionun landşaft və ekologiyasına zərər gətirməsindən guya ki narahatdır.

Yaxın günlərdə Apuliya regionunun prezidenti Mikele Emiliano bu məqsədlə çıxış edib. Emiliano boru kəmərinin San Fokadan Brindisiyə köçürülməsilə bağlı əvvəllər də çıxış etmişdi. Lakin bu dəfə yerli hökumətin başçısı bəyan edib ki, bu fikirlərlə TAP da razıdır. Belə ki, hazırda zeytun ağaclarını “zeytun ebolası”ndan xilas etməyə çalışırlar. Bununla belə, TAP-da Emilianonun bu bəyanatını nə təsdiq ediblər, nə də inkar.

Əksinə, aylar öncə TAP AG şirkətinin nümayəndələri bu suala toxunaraq bəyan ediblər ki, “San Foka boru kəmərinin İtaliya ərazisinə daxil olmasında ən əlverişli məkandır”. Bu haqda kommunikasiya şöbəsinin rəhbəri Liza Qivert Azərbaycanın “Trend” agentliyinə bəyan edib.

“Yerli hakimiyyətlə daima əlaqədə olaraq biz, onlara Ekoloji komissiyanın (EIA Comission) təsdiq etdiyi tam sənədlər paketini təqdim etdik. Təsdiqlənmiş sənədlərdə qeyd olunur ki, San Foka ekoloji riskləri az olan məkandır ki, burada mikrotunel daxil olmaqla çimərlik və bitgi örtüyü ziyansız ötüşəcək”, - o zaman deyən Qivert qeyd edir ki, layihənin müddəti var və ilk qaz 2020-ci ildə buraxılacaq.

Lakin, görünür yerli fəallar geri çəkilmək fikrində deyillər. Axır zamanlar nazir Matteo Rençinin ünvanına dəfələrlə ittihamlar səslənir. Belə ki, onu regionun ekologiyasına ziyan vurmaqda əsas cavabdeh adlandırlar və məsuliyyətə cəlb etməyə vəd edirlər.

Apuliya regionunun prezidenti Mikele Emilianonun da payına xeyli tənqid düşməsinə baxmayaraq o, etiraz edənlərə həmrəylik göstərərək bəyan edir ki, “hadisələrdən kənar qalmayacaq və ədalətə nail olacaq”.

Beləliklə, çox qəribə vəziyyət yaranır

Azərbaycan hazırda demək olar ki, Rusiyadan qaz tədarükünün yeganə alernativini–Xəzər hövzəsinə daxil olan digər mənbələrə (məsələn Türkmənistan) çıxış edərək,layihə və onun maliyyələşdirilməsinin(Yunanıstan, İtaliya və Albaniyada minlərlə iş yerlərinin açılması) texniki komponentinin inkişafı üçün xərclərin əhəmiyyətli hissəsini öz öhdəsinə götürülməsini təqdim edir.Eyni zamanda Azərbaycan çox gümanki, kiminsə əmrini yerinə yetirən yerli ekoloji lobbinin şıltaqlıq və yersiz tələbləri ilə də faktiki olaraq təkbətək qalır.

Yunan təxribatı

Məsələ yalnız İtaliya ilə məhdudlaşmır. Yunanıstanda olan oxşar problemlərlə  bağlı ilin əvvəlində 1news.az-a müsahibə verən ekspert İlham Şaban söyləyib.

O zaman ekspert Yunanıstan hakimiyyətinin layihənin demək olar ki, bütün parametrlərinə – Azərbaycandan TAP-ın səhmlərini alınması, qaz tranzitinin qiymətinin qaldırılması və qazın qiymətinin aşağı düşməsi kimi məsələlərə müdaxilə etməyə təftiş qoymağa cəhdlərini qeyd edib.

Şaban elə o zaman da İtaliyada ekoloqların öz ölkələrinin bütün ekoloji normalar uyğun olaraq qəbul etdiyi qərara məhəl qoymayaraq etiraz etmələri məsələsinə toxunmuşdu.

“2014-cü ilin oktyabrında italyan jurnalistlərə müsahibə verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, bütün bu etiraz aksiyaların arxasında əlaqədar güclər dayanıb.Avropa isə bütün olanlardan sanki bixəbərdir. Hələ 2005-ci ildə bəyan edilmişdi ki, enerji resurslarının diversifikasiya təchizatı Avropa siyasətinin enerji təhlükəsizliyi sahəsinin bir hissəsidir. Bundan sonra bütün hərəkətlər neft və qaz mənbələrinin diversifikasiyasını təmin etməyə yönələcək. Artıq 10 il ötüb və biz görürük ki, tədarük mənbələri diversifikasiya olunmayıb”, - Şaban fikrini tamamlayıb.

İpləri kim çəkir?

Bu kampaniyanın iplərini kimin çəkdiyini dəqiq demək, əlbəttə ki, mümkün deyil. Lakin bəzi ekspertlərin fikrincə, burada söhbət  Avropa bazarına alternativ mənbələrdən qaz nəqlində maraqlı olmayan  rəqiblərdən gedə bilər.

Hal-hazırda öz bazar payını itirmək risqi ilə üz-üzə olan oyunçular o qədər də çox deyil.

Rusiyanın “Qazprom”undan söhbət gedə bilər. Belə ki, Moskva və Brüssel arasında qarşılıqlı siyasi münasibətlərin pisləşməsi fonunda şirkətin avropalı tərəfdaşlarla əlaqəsi ən çətin dövrünü yaşayır.

Avropa dəfələrlə Rusiyanın enerji təchizatındakı monopoliyasından qurtulmaq istədiyini ifadə edib, “Cənub axını” qaz-boru kəmərinin tikintisi ilə bağlı layihənin  təxribatla qarşılaşması da məhz bununla bağlıdır. Yeri gəlmişkən, “Cənub axını”nın bir qolu İtaliyanın cənub bölgələrinə qədər uzanması nəzərdə tutulurdu.

Moskva üçün Avropa bazarlarını itirmək nə ilə nəticələnəcini təxmin etmək çətin deyil.

Bu həcmdə qazın satışını gerçəkləşdirmək mümkün olan  ikinci bazar demək olar ki, yoxdur. ( 2014-cu ildə 147 milyard m 3 ). (“Sibir gücü”) Çin və Asiya- Sakit okean regionuna daxil olan ölkələrə qaz nəqli lə bağlı  alternativ variantlar isə tamamlanma mərhələsindən çox uzaqdır.

Lakin İtaliya son zamanlar Moskva ilə dialoqun bərpası, hətta sanksiyaların ləğvi ilə bağlı tez-tez çıxışlar edir.

Almaniya kansleri Angela Merkel və İtaliya baş naziri Matteo Rentsi arasında bu yaxında baş verən hadisənin dəyəri nədir?

Ötən cümə günü Brüsseldə keçirilən sammitdə o,  “başqa bir mərhələyə keçdi” və Almaniya, o çümlədən, onun lideri Angela Merkeli kəskin tənqidə məruz qoydu. Bu haqda Amerika nəşri Politico xəbər verib.

Nəşrin qeyd etdyinə görə, İtaliya baş nazirinin  Merkellə toqquşması “ iki günlük sammitə hərəkətlilik verdi”.

Siaysətçilər arasında fikir ayrılığına səbəb olan məqam “Cənub axını-2” qaz kəmərinin çəkilməsinə münasibət olub. İtaliyalı siyasətçi Almaniya kanslerini ikili siyasi standartlar tətbiq etməkdə ittiham edib, bildirib ki, keçən il anti-Rusiya sanksiyalarına görə “Cənub axını” ilə bağlı danışıqlar dayandırılmışdı. Bu il isə Aİ sanksiyaları davam etdirməsinə baxmayaraq, Almaniya “Cənub axını”nın tikinti işlərini davam etdirməyə tərəfdar kimi çıxış edir.

Rentsinin  sözlərinə görə, Merkel bu yolla ancaq öz xeyrini güdür və Rusiya ilə qaz kəmərinin çəkilişinə Alman şirkətlərinin cəlb olunmasında maraqlıdır. Bu faktorları nəzərə alaraq ehtimal etmək olar ki, İtaliyada TAP layihəsinə qarşı müqavimət davam edə bilər, cünki rəqiblər belə bir bazarı itirməyi gözə ardı etməz.  

Oyun şamlara dəyərmi? 

Bu vəziyyətdə belə bir sual ortaya çıxa bilər. Avropanın “yel dəyirmanları” ilə təkbaşıma mübarizə aparmaq Azərbaycan üçün məna kəsb edirmi?

Əgər Avropa İttifaqı Cənub qaz dəhlizi və TAP layihələrinin reallaşdırılmasında maraqlıdırsa, avropalı məmurlar onun gerçəkləşməsində sünu surətdə yaradilan  maneələri aradan qaldırmalıdırlar.

Neft kəmərini çəkilişində həyata keçirməyə çalışan ölkə və region rəhbərlərinin öz növbəsində Azərbaycandan nə istədiyini anlamaq istərdik.

Bəlkə onlar elə hesab edir ki, Şahdəniz yatağından əldə olunan qazın satışı üçün bazara kəskin ehtiyacı olduğundan qaz borusunun çəkilməsi ilə bağlı bütün xərcləri Bakının öz üzərinə götürəcəyinə ümid edirlər?

O cümlədən, Yunanıstanın – iqtisadiyyatı hazırda  çətin dövrünü yaşayan ölkənin-  ərazisindən keçən bölmənin tikintisini də üzərinə götürəcək. 

Avropa bazarına alternativ ola biləcək Türkiyə bazarı

Hətta belə olsa da, siyasi və iqtisadi hesablamalarda dünya siyasətinin son həqiqətləri nəzərə alınmayıb.

Türkiyə Hərbi Qüvvələri tərəfindən Rusiyanın SU- 24  qırıcı təyyarısinin vurulması bu ölkələr arasında güvən  əlaqələri üzərindən xətt çəkib.

Bu kontekstdə böyük həcmdə rus qazının Türkiyə vasitəsilə idxalı məsələsi mühüm əhəmiyyət daşıyır. Moskvanın daha əvvəl qaz nəqli məsələsindən siyasi alət kimi istifadə etdiyini nəzərə alsaq, Türkiyə hökumətinin rus qazından asılığın azaltmaq istiqamətində qəti hərəkəti  gözləniləndir.

2014-cü il məlumatlarına görə, Almaniyadan sonra Türkiyə Rusiya qazının ikinici ən böyük alıcısıdır. Bu 27 milyard kub metrdən çox mavi yanacaqdır.

TAP layihəsi işə düşəndən sonra Avropaya nəql olunacaq Azərbaycan qazı illik 10 milyard kub metr  təşkil edir. Bu həcmin 20 milyarda qədər artması imkanı da vardır.

Ehtimal etmək olar ki, 2018-ci ildə TANAP qaz kəmərinin tikintisi başa çatandan sonra Türkiyə hökuməti TAP boru kəməri vasitəsilə gələcəkdə nəqli üçün  bu həcmdə qazı almaq imkanını  nəzərdən keçirə bilər. Bundan başqa, türklər qaz ixracının artırılması istiqamətində İranla  razılığa gələ bilməyib.

Bu isə o deməkdir ki, Avropa bazarı artıq Azərbaycan üçün alternativsiz deyil.  Bu layihə yuxarıda TAP layihəsinin gerçəkləşməsi ilə bağlı yuxarıda qeyd olunan çətinlikləri nəzərə alsaq heç də utopik deyil. 

Bəlkə də, norveçin Statoil şirkəti kimi yolun yarısında durmaq daha mənalıdır. Yaxın günlərdə o, TAP layihəsindəki payını italiyanın Snam şirkətinə satıb.

Snam şirkətinin mətbuata verdiyi açıqlamada bilrilib ki, Norveç şirkətinin 20 faiz payına görə 130 milyon avro xərc çəkilib. Həmçinin ,alıcı  TAP-da borcun qaytarılması üzrə 78 milyon avro zəmanəti də alıcıdan qəbul edib.  Beləliklə, 20 faizin ümumi dəyəri 208 milyon avro olub.

Xatırladaq ki,  Statoil 2008-ci ildən TAP layihəsinin üzvüdür. Layihənin digər aksiya sahibləri ARDNF  (20%), BP (20%), Fluxys (19%), Enagas (16%) и Axro (5%) şirkətləridir.

Layihənin ən böyük sponsorlarından birinin prosesdən kənara çıxması təsdiq edir ki, çətinliklər və həqiqəti  gözardı etmək mümkün deyil. 

Layihədə  aksiya sahibləri olan şirkətlər bundan sonra da Avropanın institut və hökümətləri tərəfindən müvafiq dəstəyi almayan layihəyə milyonlar yatırmağa hazırdırmı?  Bəs TAP AG özü hadisələrin bu yöndə inkişafına nə qədər hazırdır?

Şirkətdən bu suallara hələ ki,  şərh verilmir.  Deloitte-nin hesabatında bu suala cavab versiyası vardır: “Şirkət layihənin reallaşdırılması yolunda mövcud maneələri qiymətləndirə bilmir”.

Bu  olduqca riskli xarakter alan TAP layihəsindən Türkiyəyə qaz ixracının xeyrinə imtinanı ilin ən aktual problemi səviyyəsinə qaldırır.

Xüsusilə o halda ki, , Azərbaycan Prezidenti  tərəfindən xarici investisiyalarla bağlı vasitələrdən effektiv istifadə və risklərin minimuma endirilməsi tapşırığı verilib.

 Avropalı tərəfdaşlar isə layihəyənin gerçəkləşməsi üçün gərəkən siyasi dəstəyi göstərməyə tələsmir. 

1news.az

Paylaş:
4803

Son xəbərlər

Əmtəə bazarlarında qızıl 2 600 dollar civarında ticarət olunurBu gün, 10:15Sumqayıtda biri azyaşlı 3 nəfər dəm qazından zəhərlənibBu gün, 09:57Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:38Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 09:27Xəzər dənizində zəlzələ olubBu gün, 09:13XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaqBu gün, 09:04İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 09:02Britaniyanın Baş naziri “X”də COP29-la bağlı paylaşım edibBu gün, 08:54Ceyhun Bayramov Kiprin xarici işlər naziri ilə görüşübBu gün, 08:48Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37
Bütün xəbərlər