““Milli Şura”nın istəyi Azərbaycanın zəifləməsi və inkişafdan geri qalmasıdır” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

““Milli Şura”nın istəyi Azərbaycanın zəifləməsi və inkişafdan geri qalmasıdır” - VİDEO

16:06 - 05 / 08 / 2020
““Milli Şura”nın istəyi Azərbaycanın zəifləməsi və inkişafdan geri qalmasıdır” - VİDEO

Özünü demokratik qüvvələrin Milli Şurası adlandıran qurumun növbəti videokonfransının videosu yayılıb.

Bundan əvvəlki videonfranslarda olduğu kimi, bu dəfəki konfrans da qeybət formatında davam edib. Belə ki, onlar bu dəfəki “iclaslarında” Azərbaycanda karantin rejimin uzadılmasının özləri üçün faydalı olmasından danışıblar. Onlar bütün vəziyyətdən istifadə etdikləri kimi, bu pandemiyadan da öz məqsədləri üçün istifadə edilər. Dəstəkçiləri azalan Milli Şura üzvləri bu dəfə ümidlərini tanınmış adamlara bağlayaraq onlardan xahiş edirlər ki, Azərbaycan hakimiyyəti əleyhinə statuslar yazsınlar.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, dar məqamda bizi istəməyən qüvvələr Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Pandemiya başlayandan bu günə qədər də dəfələrlə videokonfrans keçirən “Milli Şura” müxtəlif proseslərə reaksiya verərkən Azərbaycanın zəifləməsini və inkişafdan geri qalmasını istədiklərini bəyan edirlər:

“Onların hər videokonfransında nə qədər cılız düşüncəyə sahib olduqlarının şahidi oluruq. Dünya bazarlarında neftin qiyməti ucuzlaşanda onlar sevinirdilər. İndi də pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin uzadılmasını sevinclə qarşılayırlar. Onlar düşünürlər ki, belə olduğu təqdirdə sanki onların xeyirinə nələrsə dəyişəcək. Ancaq onlar unudurlar ki, Azərbaycan hökuməti və dövləti pandemiya başlayan gündən xalqın sağlığını düşünərək, bütün gücünü səfərbər edib”.

Sosial layihələrin icrasının davam etdirildiyini deyən deputat bildirib ki, xəstəxanaların açılışı həyata keçirilir, vətəndaşlarımızın sağlığı üçün lazımi addımlar atılır.

“Karantin rejimin uzadılmasında ancaq bir məqsəd var, vətəndaşların sağlamlığını qorumaq. Düşünürəm ki, vətəndaşlarımız karantin qaydalarına bu günə kimi riayət etdikləri kimi yenə də qaydalara əməl edəcəklər və müsbət dinamika davam edəcək. Düşünürəm ki, avqustun 31-dən sonra bu uzadılma baş verməyəcək, bizi istəməyən qüvvələrin də sevinməsinə heç bir ehtiyac qalmayacaq. Xalq bu anda həmrəylik göstərdiyi kimi, bizi istəməyən qüvvələr də səhvlərini anlamalıdırlar. Onlar istəyirlər ki, ölkəmiz pis vəziyyətə qalsın, amma onların istəkləri ürəklərində qalacaq. Çünki Azərbaycan dövləri çox güclü dövlətdir. Bizim gücümüz çatır ki, istənilən ağır şəraitdə xalqımızı, dövlətimizi qoruyaq, necə ki, bu günə kimi bu edilib, bundan sonra da ediləcək”.

Aşağıdakı videoda adlarını "Milli Şura" qoyanların nəfəri müzakirə etdiyinə baxa bilərsiniz

Qafar Ağayev

Paylaş:
970

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər