Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub | 1news.az | Xəbərlər
Dünya

Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

1news Redaksiyası14:30 - 12 / 09 / 2026
Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Tatarıstanda (Rusiya) "Cessna-172" yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb, pilot və sərnişin həlak olub.

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.

"Saba rayonunda təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub", - məlumatda deyilir.

Mütəxəssislər hadisənin səbəbini araşdırırlar.

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər