Azərbaycanın keçmiş daxili işlər naziri Vaqif Novruzov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın keçmiş daxili işlər naziri Vaqif Novruzov vəfat edib

First News Media16:20 - Bu gün
Azərbaycanın keçmiş daxili işlər naziri Vaqif Novruzov vəfat edib

Bu səhər Azərbaycanın keçmiş dövlət xadimi, sabiq daxili işlər naziri Vaqif Yusif oğlu Novruzov 86 yaşında vəfat edib.

Vaqif Novruzov 1940-cı ildə anadan olub. O, uzun illər hüquq-mühafizə orqanlarında və dövlət qulluğunda çalışıb. 1980-ci illərin ortalarından Bakı şəhəri Nərimanov Rayon Daxili İşlər Şöbəsinə rəhbərlik edib.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı seçilib, Qanunvericilik və qanunçuluq məsələləri komissiyasının üzvü olub. Daha sonra respublika Daxili İşlər Nazirliyinin 6-cı idarəsinə rəhbərlik edib, 1991-ci ildən isə SSRİ DİN-in xüsusilə təhlükəli cinayətlər, mütəşəkkil cinayətkarlıq, korrupsiya və narkobizneslə mübarizə strukturunda rəhbər vəzifədə çalışıb.

Vaqif Novruzov 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannaməni imzalayan deputatlardan biri olub. O, həmçinin Birinci Qarabağ müharibəsinin veteranı idi.

1993-cü il iyulun 3-də Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın daxili işlər naziri təyin olunub və 1994-cü il aprelin 29-dək bu vəzifədə çalışıb.

Vaqif Novruzov peşəkar, prinsipial zabit və hüquq-mühafizə sisteminin möhkəmləndirilməsinə töhfə vermiş dövlət xadimi kimi xatırlanacaq.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Paylaş:
68

Son xəbərlər

Sabahın havası AÇIQLANDI

12 / 09 / 2026, 12:28
Bütün xəbərlər