Krımda 45 yaşlı azərbaycanlı dron hücumu nəticəsində həlak oldu
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ukraynanın Krıma endirdiyi dron zərbəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.
Bildirilib ki, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və həmyerlimiz vəfat edib.
Mahir Məmmədovun Bolnisinin Arıxlı kəndindən olduğu və cənazəsinin doğma yurduna aparılması istiqamətində işlərin həyata keçirildiyi qeyd edilib.
66












