MDB-nin ən böyük bilet axtarışı saytı “Aviasales” artıq Azərbaycanda – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

MDB-nin ən böyük bilet axtarışı saytı “Aviasales” artıq Azərbaycanda – FOTO

15:00 - 16 / 10 / 2019
MDB-nin ən böyük bilet axtarışı saytı “Aviasales” artıq Azərbaycanda – FOTO

“Avisales” xidməti azərbaycanlı səyahətçilərə biletlərin qiymətlərini müqayisə edib ən əlverişli təklifli seçməyə imkan yaradacaq.

Aviasales.com ünvanında istifadəçilərə biletlərin qiyməti manatla göstəriləcək.

Saytda AZAL hava yollarının və daha onlarla avia daşıyıcının təklifləri toplanıb. Bu o deməkdir ki, istifadəçi bir pəncrədə bütün qiymətləri müqayisə edə biləcək və özünə ən uyğun təklifi seçəcək. Ödəniş bilavasitə daşıyıcının və ya agentliyin saytında bəzən isə saytın öz interfeysində həyata keçiriləcək.

"Avisales"ın yeni istiqamətlərin inkişafı üzrə direktoru Yaroslav Stepanyuk bildirib - "Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, 2019-cu ilin ilk 8 ayı ərzində buradan uçuş edən sərnişinlərin sayı keçən ilə nisbətən 5,2% artıb. Bu məlumat bizim üçün bazarın potensialı haqda bir siqnal oldu və biz xidmətimizi Azərbaycan üçün də uyğunlaşdırmaq qərarı verdik. Artıq yerli turizm ekspertlərindən ibarət olan komandamızı toplamışıq".

"Aviasales"ın statistikasına əsasən, azərbaycanlı istifadəçilər daha çox Rusiya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan kimi istiqamətlərə bilet axtarır. Əlbəttə, Fici kimi ekzotik istiqamətlərə də axtarışlara rast gəlinir. Yaroslav Stepanyuk əlavə edir ki, - "Azərbaycam pasportlarında xarici ştampların sayı artır və biletlərin qiymətlərini müqayisə etməkdə yardımçı olan "Aviasales" kimi xidmət çox yerinə düşər".

Azərbaycan üçün uyğunlaşdırılan xidmətlərimiz arasına bu yaxında "Ucuz qiymət təqvimi" əlavə olunacaq.

Şirkətin məlumatına görə, bir gün öncə və ya sonra uçuş fərqli qiymətlərə başa gələ bilər. Məsələn, cümə axşamı Bakı-Dubay reysinin qiyməti 274 AZN təşkil edirsə, planlarımızı biraz dəyişib çərşənbə günü uçuş etsək, biletin qiyməti 186 manata qədər enə bilər.

Yaroslav Stepanyuk vurğulayıb ki, - "Biz azərbaycanlıların səyahət planlamasını rahatlaşdırmaq üçün bir çox addım atmışıq. Məsələn, interfeysin üzərində əlavə iş aparılıb və yerli agentliklər əlavə olunub. Biz düzgün qiymət prinsipi ilə işimizi qururuq və saytda biletlərin son qiymətləri qeyd edilir, sonradan heç bir dəyər əlavə edilmir. Və, ən asası, bizim support komandamız 24/7 istifadəçilərlə əlaqədədir. Əməldaşlarımız həm bron zamanı, həm də brondan sonra yaranan bütün sualları cavablandırmağa hazırdırlar.

"Aviasales" - Şərqi Avropada ən böyük onlayn bilet axtarışı xidmətidir və MDB ölkələrində aktiv inkişaf edir. "Aviasales" 2019-cu ildə "Forbes" tərəfindən Runet məkanının  ən bahalı şirkətlərindən biri adlandırılıb. Daha öncə şirkət öz xidmətlərini Qazaxstan, Belarus və Özbəkistan üçün uyğunlaşdırıb.

Reklam hüququnda

Paylaş:
1914

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər