Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək | 1news.az | Xəbərlər
Rəsmi

Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək

18:29 - 27 / 11 / 2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək

Məişət zorakılığından zərər çəkmiş şəxslərin və onların uşaqlarının zorakılıqdan sonra həyatlarını yenidən qurmalarına kömək etmək üçün psixoloji və tibbi yardım da daxil olmaqla, onlara göstərilən xidmətlərin böyük əhəmiyyəti vardır.

Zorakılığa məruz qalmış və ya zorakılığa məruzqalma riski altında olan qadınların ehtiyaclarının xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə ən səmərəli şəkildə qarşılanması üçün həmin xidmətlər yaxşı təşkil olunmalı və maliyyələşdirilməlidir.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu barədə məlumat Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:

- məişət zorakılığından zərər çəkmiş şəxslərin beynəlxalq standartlara cavab verən, onların ehtiyaclarını tam qarşılaya bilən müvəqqəti sığınacaqla təmin edilməsi;

- yardım mərkəzlərinin ixtisaslı kadrlarla təmin olunması;

- yardım mərkəzlərində mütəmadi olaraq monitorinqlərin aparılması və onların fəaliyyətinin yaxşılaşdırılması.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata alınması və onlarla tərbiyəvi qabaqlayıcı işlərin aparılması zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir və zorakılığın təkrarlanmasının qarşısını almağa, məişət zorakılığı törətmiş şəxslərə öz zorakı əməllərinə görə məsuliyyət hiss etdirməyə imkan verir.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

- məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində vəkillər, prokurorlar və polis orqanlarının əməkdaşları üçün təlimlərin keçirilməsi;

- məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması;

- hüquq mühafizə orqanları, məhkəmə orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzləri arasında qarşılıqlı əlaqə qurulması;

- məişət zorakılığından zərər çəkmiş şəxslərin bu sahədə məlumatlılığının artırılması, onların polis və məhkəmə orqanlarına etimadının artırılması məqsədilə əlverişli mühit yaradılması;

- məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkil olunması və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində tədbirlər görülməsi.

S.Xankişiyeva

 

Paylaş:
683

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər