“Formula-1”ə görə bəzi avtobusların hərəkət sxemi dəyişdirilir - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula-1”ə görə bəzi avtobusların hərəkət sxemi dəyişdirilir - SİYAHI

First News Media14:15 - Bu gün
“Formula-1”ə görə bəzi avtobusların hərəkət sxemi dəyişdirilir - SİYAHI

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

1news.az xəbər verir ki, məhdudiyyətlərlə əlaqədar müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələr üzrə təşkil ediləcək.

Belə ki, sentyabrın 19-u saat 21:00-dan sentyabrın 21-i saat 00:00-dək 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək.

1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə hərəkət etdikdən sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.

125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək.

M9 nömrəli ekspres marşrutun “Həzi Aslanov” metrostansiyası istiqamətində hərəkəti Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə təşkil olunacaq, daha sonra avtobuslar öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Sentyabrın 21-dən 26-dək isə 26 marşrutun hərəkət sxemi dəyişdiriləcək.

1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək.

20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil ediləcək.

M9 nömrəli marşrutun “Elmlər Akademiyası” metrostansiyası istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə hərəkət etdikdən sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət isə Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyoru (Bəhram Gur heykəli) xəttini əhatə edəcək.

6 nömrəli marşrut da iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət “Azadlıq prospekti” metrostansiyası – Axundov bağını, ikinci istiqamət isə 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.

61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə, son dayanacaq məntəqəsinə qədər təşkil ediləcək.

65 nömrəli marşrutun “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti ilə, son dayanacaq məntəqəsinə qədər təmin ediləcək.

88 nömrəli marşrutun “28 May” metrostansiyası istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi ilə, son dayanacaq məntəqəsinə qədər təşkil ediləcək.

10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri ilə, son dayanacaq məntəqəsinə qədər təmin ediləcək.

125 nömrəli marşrutun “28 May” metrostansiyası istiqamətində hərəkəti Lökbatan dairəsi – İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi (son dayanacaq məntəqəsi) üzrə təşkil ediləcək.

149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

195E nömrəli marşrut isə Ələt qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər