İki ay əvvəl Həkəri çayında boğulan 64 yaşlı kişinin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İki ay əvvəl Həkəri çayında boğulan 64 yaşlı kişinin meyiti tapılıb

1news Redaksiyası15:17 - 19 / 09 / 2026
İki ay əvvəl Həkəri çayında boğulan 64 yaşlı kişinin meyiti tapılıb

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb.

FHN-dən 1news.az-a verilən məlumata görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, N. Həsənov 4 iyul 2026-cı il tarixində Həkəri çayında batmışdı.

Paylaş:
1358

Son xəbərlər

Bütün xəbərlər