Ötən gün qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

First News Media13:10 - Bu gün
Ötən gün qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Polis əməkdaşları tərəfindən ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 tüfəng, 6 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər